Ermənilər daha bir mahnımızı oğurlayıblar.
Bizim.Media xəbər verir ki, bu dəfə oğurlanan isə musiqisi Cahangir Cahangirova, sözləri İslam Səfərliyə məxsus “Zərif gülüşlüm” nəğməsidir.
Mahnını erməni müğənnilər Seda və Harout Pamboukjian duet şəklində ifa edib, klip çəkdiriblər.
Qeyd edək ki, “Zərif gülüşlüm” nəğməsini Şövkət Ələkbərova, İslam Rzayev kimi bir çox sənətçilərimiz tərəfindən ifa olunub.
Rəşad Əliyev, Bizim.Media