Asif Əsgərov Nəsimi ərazisindəki “qaraj”x9dlara “müharibə”x9d elan etdi...

Hazırda oxunan: Asif Əsgərov Nəsimi ərazisindəki “qaraj”x9dlara “müharibə”x9d elan etdi...

99239

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov rayon ərazisindəki qanunsuz qaraj yerlərini boşaldır.

Bu barədə Moderator.az-ı etibarlı mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, icra başçısının bu addımı əksər rayon sakinləri tərəfindən məmnunluqla qarşılanıb:

“Hər kəsə məumdur ki, bu gün Bakı şəhərindəki ən böyük problemlərdən biri küçə və məhəllələri hörümçək toru kimi bürüyən qarajlar, onların yaşıllıqları, oyun meydançalarını, stadionları və s. zəbt etməsidir. Vaxtilə bəzi vətəndaşlara müvəqqəti istifadə üçün verilən qarajlara daha sonra özbaşına inşa edilən qaraj yerləri də əlavə edilib ki, bu da problemin mürəkkəbləşməsinə səbəb olub. Məhz bu baxımdan A.Əsgərovun qaraj yerlərini boşaltması vətəndaşlar tərəfindən təqdir edilib. Sakinlər hesab edir ki, qaraj yerlərinin boşalması məhəllə daixlində “açıq səma”x9d altındakı ərazilərin daha da genişlənməsinə səbəb olacaq ki, bu da həm uşaqların oynaması, həm də yaşlıların dincəlməsi üçün əlverişli şərait yaradır”x9d.

Xatırladaq ki, qarajlar Bakının 12 rayonunun icra başçılarının ən rahat qazanc yeri, obrazlı ifadə edilsə, çörək ağacı hesab olunur. Hər icra başçısı vəzifədə olduğu dönəmdə yüzlərlə qanunsuz sərəncamla milyonlarla vəsait qapazlayır, sonra lazım gəldikdə isə "uf" demədən onların uçurulması barədə qərar verir...

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin