KXCP sədrinin namizədliyi qeydə alınmadı

Hazırda oxunan: KXCP sədrinin namizədliyi qeydə alınmadı

99175
AZADLIQ-2015 siyasi partiyalar bloku Mərkəzi Seçki Qərargahından Moderator.az -a verilən məlumata görə, 43 Sumqayıt üçüncü seçki dairəsindən qeydiyyat üçün sənədlərini təqdim edən KXCP sədri Mirmahmud Mirəlioğlunun namizədliyi qeydə alınmayıb. 

"Artıq hakimiyyət dairələri hər cür saxatakrlığın və yalanın nəinki məntiqdən, hüquqdan, insan haqlarından hətta gerçək faktdan çox yuxarıda tutduqları vəziyyətə gəliblər. “...14 səsin məlumatında düzəliş edilmiş, 1 imza sətri tam doldurulmamışdır”x9d ifadəsini yazanlar ya düşünüblər ki, imza vərəqlərinin ksrekopyaları götürüülməyib vəya sağlam düşüncələrini tam itiriblər. Təsəvvür edin nəinki, rəydə göstərilən həmin məlumatlarda, hətta imza vərəqələrindəki heç bir bir məlumatda düzəliş yoxdur. Digər imzaların bir adam tərəfindən qoyulması isə “...ehtimalki EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur.”x9d ittihamları ilə razıalşmayan blok DSK-nın qərarından MSK-ya şikayət edildiyini bildirib 

Qey edilir ki, çeşidli çətinliklərin yaradılmasına baxmayaraq 12 seçki dairəsində aşağıdakı namizədlər qeydiyata alınıblar:

3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsində Bayramov Nurəddin-KXCP
9 saylı Binəqədi ikinci seçki dairəsindən Musayev Elşad-BAP,
11 saylı Qaradağ seçki dairəsindən Əbil Bəybala-KXCP
15 saylı Yasamal birinci seçki dairəsində Əliyev Əli
16 saylı Yasamal ikinci seçki dairəsi-Vəliyeva Nisəxanım-KXCP
17 saylı Yasamal üçüncü seçki dairəsi-Abbasov Şahin İdris oğlu-VİP 
20 saylıNərimanov ikinci seçki dairəsindən Teyyublu Xəzər-KXCP
41 saylı Sumqayıt birinci seçki dairəsi-Abdullayev Əliəddin-KXCP
44 saylı Sumqayıt-Xızı seçki dairəsindən Bağorov Rəyasət-KXCP,
63 saylı Sabirabad birinci seçki dairəsindən Pənah Hüseyn-AXP,
65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən İsrayılov Məzahir-AXP
87 saylı Ağsu ”“ İsmayıllı seçki dairəsindən Babalı Yaqubu-KXCP namizədlikləri qeydə alınmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin