Moderator.az xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov Feysbuk hesabında yazıb.
xa0O, ANS Müstəqil Yayım və Media Şirkətinin Baş direktoru Mir Şahin Ağayevi sərt tənqid edib: xa0xa0
“ANS onunla bağlı ağzından bir az köndələn söz çıxaran hər kəsi imici və işgüzar nüfuzunu qorumaq adı altında məhkəməyə verir. Lap yaxşı da eləyir. Amma gərək özünə rəva bilmədiyini başqasına da bilməyəsən. Belə yol seçənlər, yəni hər şeyi məhkəmə müstəvisində həll etməyə cəhd göstərənlər öz ağızlarından çıxanlara da fikir versələr, yaxşı olardı. Məsələn, Mirşahin Ağayev Anspress.com saytına açıqlamasında belə deyib: “Nuşirəvan Məhərrəmlinin Xoşqədəm problemi var. Verilişlə bağlı yox aaa.. Məhz Xoşqədəm xanımla”x9d.
xa0xa0İndi bu sözdən yapışıb onun özünü məhkəməyə vermək olarmı-olmazmı? Bu, böhtandımı, deyilmi? Şuranın, onun sədrinin hər hansısa aparıcı ilə nə işi var axı? Nə vaxtsa açıqlamalarımızda Xoşqədəmin, yaxud da hansısa başqa aparıcının adını çəkmişikmi? Yox. Biz hər dəfə demişik ki, qanun qarşısında cavabdeh olan yayımçı və onun məsul şəxsləridir, aparıcı yox. Bunun müqabilində belə açıqlamasının onun özünün əleyhinə işləyə biləcəyini Mir Şahin yəqin ki, yaxşı bilir. xa0 P.S. Şuranın iclasında daha sərt qərar verilməsin deyə muma dönmək, məqsədə nail olduqdan sonra isə aslana çevrilmək müəyyən bir xarakterin göstəricisi olsa gərək”x9d.xa0
xa0 Xatırladaq ki, MTRŞ-nin “Sən tək deyilsən!”x9d və “Xoşqədəmlə axtarıram səni”x9d verilişlərini bağlamaq qərarından sonra Mir Şahin Ağayev müsahibəsində xəbərin təqdimatından narazılığını bildirmiş və Şuranı məhkəməyə verəcəklərini açıqlamışdı. Həmçinin, Nuşirəvan Məhərrəmlinin Xoşqədəm Hidayətqızı ilə problemi olduğunu da iddia etmişdi. xa0


























































































