Naxçıvan MR-in ərazisinə dəyişiklik edildi

Hazırda oxunan: Naxçıvan MR-in ərazisinə dəyişiklik edildi

98210
Milli Məclisin bu gün keçirilən plenar iclasında Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.

Moderator.azxa0 xa0xəbər verir ki, qanun layihəsində Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsinin və onun tərkibindəki Qoşadizə kəndinin ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrindən çıxarılması nəzərdə tutulur.

Bundan əlavə, qanuna əsasən ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyesterindən çıxarılan Qoşadizə kəndinin 658 ha ərazisi bu qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq Babək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Babək qəsəbəsinin inzibati ərazisinə birləşdiriləcək.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin