3 rayonun 3 kəndinə qaz verildi

Hazırda oxunan: 3 rayonun 3 kəndinə qaz verildi

98016
Bu gün Saatlı rayonunun Günəşli, İmişli rayonunun Qaragüvəndikli və İsmayıllı rayonunun Xanagah kəndlərinə təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib.

Moderator.az Qafqazinfo-ya istinadən məlumatxa0verir ki, tədbirlərdə rayon İcra hakimiyyətlərinin və “Azəriqaz”x9d İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 245 abonenti olan Saatlı rayonunun Günəşli kəndinin ilk dəfə olaraq qazlaşdırılması üçün ümumilikdə 24 kilometrdən artıq müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, 245 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

255 abonenti olan İmişli rayonunun Qaragüvəndikli kəndinin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında 1081 metr uzunluğunda polietilen və 26 012 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.

İsmayıllı rayonunun Xanagah kəndinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında 9205 metr uzunluğunda müxtəlif diametrli metal boru xətləri çəkilib, ümumilikdə 174 ədəd olmaqla hər bir abonent sayğac və fərdi tənzimləyici ilə təmin olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin