“Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımayan ölkə yoxdur”x9d

Hazırda oxunan: “Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımayan ölkə yoxdur”x9d

97706
Ermənistan tərəfinin cəbhə xəttində vəziyyəti gərginləşdirməsisin dövrlərdə Bakı ilə Moskva arasında yaranmış isti münasibətləri pozmağa yönəlib.xa0

Bunu Moderator.az -a politoloq Qabil Hüseynli son günlərdə cəbhə xəttində yaranmış gərginlik və Serj Sərkisyanın xa0Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olması barədə verdiyi bəyanata mövqeyini açıqlayarkən deyib.xa0

Onun sözlərinə görə, Serj Sərkisyan Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi kimi bəyan etməsi xa0nəinki sərsəm bir bəyantdır, eyni zamanda beynəlxalq hüququ zidd hərəkətdir. “Çünki xa0bu gün dünyada Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımayan ölkə yoxdur. Serj Sərkisyanın bu cür sayıqlamaları ancaq xa0onun ölkədaxilindəki vəziyyətə hesablanmış açıqlamasıdır. Ölkədaxili vəziyyət həddən artıq kritik olduğundan o yaranmış vəziyyətdən ciddi narahatçılıq keçirir və artıq dediyinin fərqində deyil. Yəni bu bəyanatlar Sərkisyan hakimiyyətinin dayaqlarının laxlaması ilə əlaqədardır. Digər bir məqam isə Sərkisyanın Rusiya Azərbaycan arasındakı münasibətlərin inkişafından və Moskvanın Bakıya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı etdiyi təkliflərdən xəbərdar olduğundan bu cür təxribatlara əl atır. Bu nöqteyi nəzərdən Sərkisyan başını itirmiş vəziyyətdədir. Ona görədə o verdiyi bəyanatların fərqində deyil ki, onun dedikləri dünya ictimaiyyəti tərəfindən ona qarşı ciddi təpki ilə qarşılansın”x9d, -deyə politoloq vurğuladı.
Hüseynli onu da əlavə etdi ki, üstəlik bu cür bəyanatlar Azərbaycana xa0dünya ölkərinə, beynəlxalq təşkilatlara Ermənistanın faktiki olaraq işğalçı ölkə olması iə bağlı əlavə imkanlar yaradır: “Bakı Sərkisyanın bu bəyanatından istifadə edib beynəlxalq məhkəməyə müraciət edərək xa0Ermənistanın işğalçı siysətinə siyasi qiymət verilməsini tələb edə bilər.”x9d

Politoloqun fikrincə, Sərkisyan bu cür bəyanatlar verməklə ancaq Moskva ilə Bakı arasındakı münasibətləri pozmağa, Ermənistan və Azərbaycan prezidentlərinin nəzərdə tutulan görüşünü alınmamasına və münaqişənin həlli ilə bağlı aparılan danışıqlar prosesini ləngitməyə xidmət edir.
Millət vəkili, politoloq Rasim Musabəyov isə hesab edir ki, Sarkisyanın apardığı siyasət Ermənistanın bir müstəqil ölkə kimi varlığını itirməsi ilə nəticələnib. “Odur ki, onun bəyanatları və cəbhə xəttində həyata keçirdiyi təxribatlar daxili auditoriyaya hesablanıb. Əksinə onun cəbhə xəttində həyata keçirdiyi təxribatlar sadə ermənilərin ölümü ilə nəticələnəcək”x9d, - deyə politoloq vurğuladı.

Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, Sərkisyanın verdiyi bəyanatlar və cəbhə xəttində törətdiyi təxribatlar ölkədaxili vəziyyətlə bağlıdır. “Çünki Ermənistanın iqtisadi vəziyyəti çıxılmaz vəziyyətdədir, bu ölkə tamamilə xaricdən asılıdır. xa0Bu gün Ermənistanın müstəqil xarici siyasəti xa0və ideologiyası yoxdur. Ona görə də bu ölkənin gələcəyi yoxdur. Ölkə rəhbərliyi də başını itirmiş vəziyyətdədir xa0və yaranmış durumdan çıxış yolu tapa bilmir.”x9d

Politoloq onu da əlavə etdi ki, xa0Ermənistan müxalifəti də uzaqgörən deyil: “Onlar da kütbeyin və satqındırlar. Ona görə də vəziyyətin nə ilə nəticələnəcəyi məlum deyil. Ermənistan çalışacaq ki, Qarabağ münaqişəsi Fələstin xa0problemi kimi uzansın və həllini tapmasın. Böyük güclər də bundan yararlanaraq regionda siyasətlərini həyata keçirsinlər.”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin