“Əkbər Hacıyev çox böyük ehtiyatsızlığa yol verib”x9d

Hazırda oxunan: “Əkbər Hacıyev çox böyük ehtiyatsızlığa yol verib”x9d

97034

“Azəriqaz”x9d İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev mətbuata açıqlamasında Gədəbəyin dağ kəndlərinin qazlaşdırılması ilə bağlı bədbin açıqlama ilə çıxış edib. Şınıx bölgəsindəki kəndlərin dağ massivində, çətin relyefdə yerləşdiryinə diqqət çəkən Ə.Hacıyev, həmin kəndlərin qazlaşdırılmasının iqtisadi baxımdan səmərəli olmadığını və bu səbəbdən də qazlaşdırılmayacağını vurğulayıb.

Maraqlıdır, iqtisadi baxımdan rentabelli olmasa belə, cəbhə xəttində yerləşən kəndlərin qazlaşdırılması əhalinin sosial rifahının yaxşılaşması, onların həmin əraziləri tərk etməməsi baxımından zəruri deyilmi? Düşmən atəşinə məruz qalan kəndlərin qazlaşdırılmamasına onları əlavə məhrumiyyətə məhkum etməkdən başqa nə ad vermək olar?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən “Hərbi Jurnalistlər”x9d İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov Ə.Hacıyevin yanaşmasının yanlış və təəssüfedici olduğunu qeyd edib:

Bu gün “Azəriqaz”x9d İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevin keçirtdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər, hesab edirəm ki, yaxın vaxtlarda ölkə rəsmiləri tərəfindən təkzib olunacaq. Şəxsi düşüncəmə görə, hörmətli Əkbər bəy çox böyük ehtiyatsızlıq edib belə fikirlər səsləndirib. Əslinə qalsa, bu sözlər ölkə başçısının, hökumət rəsmilərinin indiyə kimi səsləndirdiyi fikirlərlə tamam əks məna kəsb edir. Və "Azəriqaz" kimi mühüm strateji qurumun cavan rəhbərinin belə çıxışı qətiyyən yolverilməzdir və o, fikrini bir qədər fərqli formada ifadə edə bilərdi.

Azərbaycan bütün dünyanın diqqətini öz yeraltı və yerüstü sərvətləri ilə özünə cəlb etdiyi bir zamanda, düşmənlə birbaşa təmas xəttində yerləşən mühüm bir rayonun kəndlərinə qaz çəilməməsini onların guya “dağlıq ərazidə yerləşməsi ilə”x9d izah etməsi isə sadəcə çox absurd və səhv yanaşmadır. Belə məntiqlə, Azərbaycanın dağlıq ərazilərində, Gədəbəydən də daha yüksək, daha qəliz relyefi olan yüzlərlə kəndlərimiz və qəsəbələrimiz mövcuddur. Və onların əksəriyyətinə qaz da çəkilib və çəkilir, həm də digər infrastruktur işləri həyata keçirirlir. Mən hələ o bölgədə öz əsgəri borcunu yerinə yetirən Azərbaycan ordusunun şəxsi heyətini demirəm. Biz indi hansı əsrdə yaşayırıq ki, ən ucqar kəndlərimizə belə qaz və ya işıq verə bilməyək? Hörmətli Əkbər bəyin diqqətinə onu çatdırmaq istərdim ki, məhz elementar şəraitin olmaması bizim gənclərimizi, cavanlarımızı o cür səfalı yerlərdən didərgin salır, təhsilin səviyyəsi lazımı tələblərə cavab vermir.

Bir sözlə, mən inanıram ki, ortada olan bu yanlış yanaşma tez bir zamanda aradan qaldırılacaq və həmin o ucqar kəndlərimizə də mavi yanacağın verilməsi məsələsi öz həllini tapacaq. İqtisadçı olmasam da, təxmini hesablamalarıma görə, vətəndaşların qaz təminatının olmaması il və ya bir neçə il ərzində Azərbaycanın meşə təssərüfatına, milyonlarla manat ziyan vurur. Halbuki, əgər oralar qazlaşdırılsa, bundan həm dövlət qazanar, həm insanlarımızın rifah halı daha da yaxşılaşar. Ən başlıcası isə ana adlandırdığımız təbiətimiz rahat nəfəs alar. Bunu anlamaq üçün böyük savada malik olmaq lazım deyil”x9d.

xa0

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin