Azərbaycan-Ermənistan təmas xəttində məskunlaşan vətəndaşlarımızın kommunal xərclərdən azad edilməsi son vaxtlar ən çox müzakirə edilən məsələlərdəndir. Bəzi millət vəkilləri, ictimai-siyasi xadimlərin qənaətincə, cəbhəyanı ərazidə məskunlaşan vətəndaşların müəyyən müddət ərzində kommunal xərclərdən azad edilməsi onların sosial rifahını qismən də olsa yaxşılaşdıra bilər.
Məsələ ilə bağlı
Moderator.az-ın sualını cavablandıran mllət vəkili Fuad Muradov da hesab edir
ki, ön cəbhədə məskunlaşan vətəndaşlarla bağlı yeni yanaşmanın tətbiqi məqsədəuyğun
olar:
“Milli Məclisdə bu məsələlər
bir neçə dəfə müzakirə olunub. Cəbhə bölgəsində yaşayan insanların yalnız
kommunal xərclərlə bağlı problemlərinin deyil, müxtəlif problemlərinin
qarşılanmasında yeni bir yanaşma tətbiq edilməlidir. Bu, həm kommunal xərclərlə,
həm təhsil və səhiyyə problemləri, həm də digər problemlərlə bağlı ola bilər.
Hesab edirəm ki, cəbhə bölgəsində yaşayan insanlarla bağlı xüsusi yanaşma tətbiq
edilməlidir. Şübhəsiz, cəbhə bölgəsi deyəndə mən ön cəbhəni nəzərdə tuturam. Bu
yanaşma hansı formada olacaqsa, təbii ki, bunu hökumətlə danışıb
razılaşdırmalıyıq.
Düşünürəm ki, qaldırılan
bu məsələlərdə həqiqət var. Həmin bölgədə yaşayan vətəndaşlarımız mütəmaqdi surətdə
erməni təxribatı ilə üzləşir, atəşə məruz qalırlar. Onu da qeyd etməliyəm ki,
Azərbaycanın müdafiə nazirinin bu istiqamətdə gördüyü işlər də təqdirəlayiqdir
və göz qabağındadır. Bizim ön xətdəki mövqelərimiz möhkəmlənib və gücləndirilib.
Bu məsələdə əsgərlərimizin, zabitlərimizin, komandanlığın rolu şübhəsizdir. Hesab
edirəm ki, mülki insanlarla bağlı da müəyyən yanaşma tətbiq edilə bilər”x9d.
Seymur Əliyev



























































































