Qərbin Azərbaycanla "pis polis, yaxşı polis" oyunu

Hazırda oxunan: Qərbin Azərbaycanla "pis polis, yaxşı polis" oyunu

96521
"ABŞ-laxa0Avropa İttifaqı (Aİ)xa0Azərbaycanaxa0qarşı "pis polis, yaxşı polis" oyununu oynayır".

ANS PRESS-in məlumatına görə, bunu rusiyalı politoloq Mixail Aleksandrov deyib. "Avropa Parlamentixa0hazırda "pis polis" rolundadır. ABŞ isə özünü yaxşı göstərməyə çalışır. Sanki Azərbaycana "gəlin sizinlə razılığa gələk",xa0Avropaxa0ilə münasibətlərinizi biz özümüz düzəldərik" deyir" ”“ bu sırf siyasi oyundur", - deyə rusiyalı politoloq fikrini izah edib.

"Aİ-nin nümayəndələri öz bəyanatları ilə təlxəyə bənzəyirlər. İttifaqın ikili standartları və açıq şəkildə yürütdüyü riyakarlıq siyasəti bu birliyin üzvü olmayan dövlətləri bezdirib", - deyən politoloq bildirib ki, İlham Əlyevin Aİ bəyanatları haqqında son çıxışlarında hər şeyi öz adı ilə adlandırıb.xa0

"Yeri gəlmişkən, bu cür çıxışlar sübut edir ki, Azərbaycan Qərbin "oyununa" yaxşı bələddir və anlayır ki, Qərb ölkəni öz məqsədlərində istifadə etmək istəyir. Lakin Azərbaycan özgə oyununda əlaltı olmaq niyyətində deyil və hər şeydən əvvəl öz maraqlarını qoruyur", - deyə rusiyalı politoloq əlavə edib.


Mixail Aleksandrov - rusiyalı politoloq


Aleksandrovun fikrincə, Qərb "insan haqları", "söz azadlığı" bəyanatlarının fayda vermədiyini anlayıb. "Buna görə qərbyönlü müxalifəti dəstəkləyərək Azərbaycanı inqilablarla qorxudur. Lakin ölkə hakimiyyəti bu ehtiyatsız və kobud əməllərin cavabını layiqincə verdi".

Politoloqxa0Rasim Musabəyovxa0da Azərbaycanın müstəqil siyasət yürütdüyünü və daim ilk növbədə özünün və xalqının mənafeyini qoruduğunu bildirib. "Azərbaycan başının üstündə heç bir polisi tanımır və dəfələrlə bəyan edib ki, ölkə rəhbərliyi heç vaxt kənardan Azərbaycanın daxili siyasətinə müdaxilə etməyə imkan verməyəcək", - deyə Rasim Musabəyov əlavə edib.


Rasim Musabəyov - politoloq
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin