Hakimiyyət, müxalifət, mətbuat...

Hazırda oxunan: Hakimiyyət, müxalifət, mətbuat...

96435
Son vaxtlar hakimiyyət, müxalifət və mətbuat, daha doğrusu KİV demək olar ki, hər gün müzakirə və ittiham olunur. Hakimiyyətlə müxalifətin cəmiyyətin müxtəlif təbəqələri tərəfindən KİV-də müzakirə olunması da, bir birlərinin fəaliyyətini təhlil və tənqid etməsi də, seçki dövründə qarşılıqlı ittihamları da normaldı. Amma məncə bunların bir birinə düşmən münasibəti sonun başlanğıcıdı. Müxalifətdəki müəyyən qüvvələrin hakimiyyətin məhvinə çalışması da,hakimiyyət komandasında olanların müxalifətin bitdiyini deməsi, yoxluğunu vurğulaması və buna sevinməsi də çox üzücü haldır. Məncə normal cəmiyyətdə və halda hakimiyyətlə müxalifət tamın iki hissəsidir. Deməli bunlardan birinin olmaması tamın olmaması, yarımçıq olmaq deməkdir. Düşünürəm ki, müxalifətin dağılması, bitməsi hakimiyyətin zəifləməsinə, parçalanmasına və bitməsinə aparır. Yetkin cəmiyyətlərdə hakimiyyətdaxili bölgünün-qanunverici, icraedici və məhkəmə hakimiyyəti bölgüsünün aparılmasının məqsədi bu bitişin qarşısını almağa xidmət edir. Fikrimi biraz da inkişaf etdirərək deyim ki, yetkin cəmiyyətlər hakimiyyət daxilində ciddi neqativ halların baş verə biləcəyini düşünərək hakimiyyətdaxili bölgü ilə yetinməyib özünə də “müxalifət”x9d, nəzarət müxanizmi-KİV vəvətəndaş cəmiyyətini yaradıb. Bütün bunların yaradılmasında və inkişafında məqsəd tamın pozulmasının, çöküşün qarşısını almaq, daxili rəqabət və nəzarət yaratmaqla inkişafı təmin etməkdir. Belə bir halda müxalifətdəki bəzi qüvvələrin (xüsusi ilə radikalların) hakimiyyətdəkilərin məhvi üçün düşmənlə-iblislə də ittifaqa girməsi nəqədər narahat edici və qəbuledilməzdisə, hakim komanda üzvülərinin də müxalifətin bitməsini, dağılmasını deməsi, yoxluğunu vurğulaması və buna sevinməsi o dərəcədə üzücü və qəbuledilməzdi.Birincilərdə qəzəbinə və kininə yenik düşərəkağıl tutulması baş verirsə, ikincilərdə hakimiyyət hərisliyi baş qaldırır, qələbədən başgicəllənməsi yaranır. Hər iki hal torpaqları qonşu dövlətlər tərəfindən işğal olunan, bütün yönləri ilə-siyasi, iqtisadi, hərbi, ideoloji, elmi, tarixi və s. amansız düşmənlərlə əhatə olunan, varlığı böyük güclər, xüsusi ilə qonşular tərəfindən qəbul edilməyən, uzun əsarətdən sonra istiqlalını yenicə qazanmış, məhv-asimlə edilməsi üçün üzərində aparılan min çür əməliyyatdan çıxaraq təzə-təzə öz ayaqları üstündə duran millətimiz və dövlətimiz üçün çox zərərlidir. Fikrimi hakim komandanın çox sevdiyi idman bənzətməsi ilə davam etdirmək istəyirəm. Bu mübarizəni bir idman yarışına bənzətsək hakimiyyət, müxalifət, KİV və vətəndaş cəmiyyəti hərəsi bir komandadı. Bu komandalar nə qədər güclü olsa bizim hər birimiz üçün bir elə faydalıdır. Çünki daim zəif komandalarla oynayan komandanın güclü və bacarıqlı olması imkansızdı. Beynəlxalq arenada isəçox bacarıqlı oyunçulardan təşkil olunmuş güclü komandalarla mübarizə aparmağa məcburuq. Digər tərəfdən hamının bildiyi kimi dövlətlər bu mübarizəyə təkcə hakim komanda ilə deyil, müxalifət, KİV və QHT-lərdən təşkil olunmuş yığma komanda ilə çıxır. Bizdə isə hakim komanda üzvləri demiş müxalifət dağılıb, KİV nümayəndələri demiş KİV mənsublarının böyük əksəriyyəti transfer olunub, QHT-lər isə daha çox tamaşaçı və ya topdaşıyan rolunu oynayır. Belə vəziyyətdə Azərbaycan hansı yığma komanda ilə və necə Beynəlxalq Təşkilatlarınan və böyük dövlətlərinən mübarizəyə girəcək?!
Azərbaycanda müxalifətin, KİV-in və vətəndaş cəmiyyətinin zəif olmasına görədir ki, Azərbaycan daxildə (korrupsiya, rüşvətxorluq, təkəllik, qanunların icrasında, məhkəmə sistemində və s.) və xarixcdə (Beynəlxalq təşkilatlarla, böyük dövlətlərlə münasibətlərdə, haqq səsini dünyaya duyurmaqda, tanıtımda və b.)bir çox məsələlərdə ciddi sorunlar yaşayır. 
Düşünürəm ki, hakimiyyət milli düşüncəyə malik, dövlətçilik maraqlarını hər zaman üstün tutan konstruktiv müxalifətin güclənməsi üçün bütün imkanlardan istifadə etməlidir. Nə yazıq ki, hakim komanda bu fikirdən uzaqdır. Hakim komanda daha çox milli düşüncədən yoxsun, dövlətçilik maraqları olmayan, dövlətdən də hakimiyyətdən də hər an vaz keçə biləcək qədər şəxsi maraq və ehtiyaclarına düşkün, riyakarcasına ona məddahlıq edən, hər şeydən şəxsi maraqlarını təmin etmək üçün yararlananlara, ya da kölə psixologiyasının sahiblərinə daha çox inanır, meydan verir, şərait yaradır. Amma vətənini və millətini bütün varlığı ilə sevən, dövlətçiliyə bağlı, son anda bu dövləti də, vətəni də, gərəkdiyi anda dövlətçilik üçün elə bu hakimiyyəti də bütün varlığı ilə qoruyacaq sağlam milli qüvvələrə nəinki inanmır, əksinə həmin riyakar qüvvələr tərəfindən əzilməsinə, məhv edilməsinə tamaşaçı qalır. Bu isə günü gündən hakimiyyətə də, dövlətə də zərər verir. Düşünürəm ki, hakimiyyət bugünədək  beynəlxalq güclərin təsirinə düşməmiş milli qüvvələrə münasibətini dəyişməli, bu qüvvələrə və sağlam konstruktiv müxalifətə inanmalı, güvənməli və onların  imkanlarından yararlanmalı, onların dahada güclənməsi üçün bütün imkanlardan istifadə edilməlidir.
Mətbuatla bağlı məsələ isə daha fərqlidir. Adətən KİV-ə dördüncü hakimiyyət deyilir. KİV-in vəzifəsi hakimiyyətin bütün qollarına da, müxalifətə də, hətta vətəndaş cəmiyyətinə də eyni məsafədə duraraq həm onların bütün fəaliyyətinə ışıq tutaraq cəmiyyətin reallığı görməsini saxlamaq, həm də ciddi araşdırmalar və təhlillər apararaq cəmiyyətin maariflənməsini və doğru mövqe tutmasını təmin etməkdir. Amma nə yazıq ki, burda vəziyyət iqtidar-müxalifət münasibətlərindən daha ağırdır. Belə ki, KİV nümayəndələrinin böyük bir qismi yuxarıda qeyd etdiyimiz kimi milli düşüncədən yoxsun, dövlətçilik maraqları olmayan, şəxsi maraq və istəklərini ödəmək üçün hər şeyə gedəcək qədər təhlükəlidir. Elə KİV mənsubları var ki, bir təltif, ev və ya mandat üçün bütün prinsipləri ayaq altına almağa hazırdı. Hətta elə qəzetlər var ki, mənsub olduğu qrup və partiyanın fəaliyyətini, ideyalarını, məqsədlərini, maraq və prinsiplərini ışıqlandırmaq yerinə ən səviyyəsiz rayon qəzetindən də pis şəkildə hakimiyyətə yarınmaq, riyakarcasına məddahlıq etməklə məşğuldur. Təəssüf doğuran odur ki, hakimiyyət bu adamlara inanır, bu adamların cəmiyyətdə dominant mövqeyə gəlməsinə hər cür şərait yaradır, bunları siyasi, iqtisadi və sosial məsələlərdə dəstəkləyir, hətta mükafatlandırır. Hakimiyyət düşünür ki, bu KİV mənsubları ona xidmət edir. Amma qətiyyən. Hakimiyyət bilməlidir ki, bunlar güclü hakimiyyət qarşısında birilərinə xəyanət etdiyi kimi sabah dabu hakimiyətdən daha güclüsü meydana çıxanda, yaxud da hakimiyyətdə bir zəifləmə hiss etdiklərində ilk daşı atan da, ilk zərbəni vuran da bunlar olacaq.Ən nəhayət KİV nümayəndələri demiş, bu adamlar hakimiyyətə və ya siyasətə “transfer olunursa-satılırsa”x9d KİV-dən əl çəkməlidir ki, KİV öz “bitərəfliyini”x9d, “obyektivliyini”x9d və dördüncü hakimiyyət rolunu saxlaya bilsin.


Bünyamin Qəmbərli
BAXCP Təşkilat katibi



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin