“Bakı-Sumqayıt marşrutu ilə işləyən əksər avtobus sürücüləri insanın edə biləcəyi bütün intizamsızlıq və tərbiyəsizlikləri o yolda edirlər”x9d.
Moderator.az xa0xəbər verir ki, bu sözləri yol hərəkətləri üzrə ekspert Ərşad Hüseynov sosial şəbəkədə yazıb.xa0
Ekspert bu gün Ceyranbatan yaxınlığında baş verən qəzada ən azı 3 çox ciddi təhlükənin burada rolu olduğunu vurğulayıb:
“1. Bakı-Sumqayıt marşrutu ilə işləyən avtobusların, xüsusən də qəzaya düşənə bənzər mikroavtobusların əksər sürücüləri insanın edə biləcəyi bütün intizamsızlıq və tərbiyəsizlikləri o yolda edirlər. Onların əksəriyyəti "Şumaher"dir. Sürücü vəhşiliyini görmək və müşahidə aparmaq üçün həmin yolda işləyən avtobusları müşahidə etmək yetər.
2. Bakı-Sumqayıt yolu heç bir standarta uyğun gəlməyən ən təhlükəli yollardan biridir, üstəlik bu yola 110 km/saat sürət həddi qoymanın bircə adı var: hoqqabazlıq.
3. Ölkəmizin yollarının kənarına çəkilən və dünyanın hər yerində əsas təyinatı "QORUMAQ" olan metal sədlər real ölüm təhlükəsi doğurur, çünki bizim yollara bu sədlər heyvan arxacının kənarına çəkilən çəpər prinsipi ilə tətbiq olunur. Amma bu texniki vasitənin harada, hansı məsafədə qoyulması, materialı, fiziki xüsusiyyətləri ilə bağlı standartlar var və s.”x9d





























































































