"Bugünkü azadlığa görə Nuru Paşaya minnətdarıq"

Hazırda oxunan: "Bugünkü azadlığa görə Nuru Paşaya minnətdarıq"

95673
Bu gün Azəri-Türk Qadınlar Birliyi, Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi və  Beynəlxalq Diaspor Mərkəzinin təşkilatçılığı ilə “15 sentyabr Bakının işğaldan azad edilməsinin 97-ci ildönümü”x9d mövzusunda tədbir keçirilib. 


Tədbiri giriş sözü ilə açan Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi, Nuru Paşa və silahdaşlarının Azərbaycan uğrunda savaşından danışıb. O, bildirib ki, errmənilər və ruslar Qafqazı türklərdən təmizləmək istəyirdi: "Buna görə də biz Osmanlını köməyə çağırmışıq və Nuru Paşanın rəhbərliyi altında Qafqaz-islam ordusu bizim köməyimizə yetişdi, bu bizim qurtuluşumuz oldu.”x9d


Daha sonra çıxış edən BDM sədri İsmayıl Ağayev Azərbaycan üçün Türkiyədən başqa heçbir dövlətin bu qədər yaxın olmadığını qeyd edərək, Nuru Paşa və Ənvər Paşanın qəlbimizdə xüsusi yeri olduğunu və bizlərin bugünkü azadlıq üçün onlara daim minnətdar olduğumuzu bildirib. O, həmçinin Nuru Paşanın xatirəsinin əbədiləşdirilməsi üçün abidənin qoyulmasının vacibliyini vurğulayıb. 


Tədbirdə çıxış edən İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyinin başqanı Səfər Qaraqoyunlu çıxışında Azərbaycan və Türkiyə münasibətlərinin dost deyil qardaş münasibəti olduğunu qeyd edərək, Türkiyənin son aylar keçirdiyi çətin günlərində Azərbaycandan gələn dəstəyə görə öz minnətdarlığını bildirib. Eyni zamanda beynəlxalq müzakirələrdə iki qardaş ölkənin bir-birinə dəstək verməsini və bunun bariz nümunələrindən olan cənab prezident İlham Əliyevin “Türkiyə burda deyil amma biz burdayıq”x9d ifadəsindən böyük qurur hissi keçirdiklərini bildirib. Daha sonra tədbirdə iştirak edən türkiyəli qonaqlar Orxan Çərkəz, Nebahat Kirman, Bahaddin Miral, Cemal Uyqur və başqaları Nuru Paşa və silahdaşlarını anaraq Azərbaycan türklərinin istiqlal mübarizəsindən və Bakının erməni işğalçılarından azad olunmasında göstərmiş olduqları böyük şücaət və qəhrəmanlıqları ilə bağlı hisslərini ifadə etdilər. 


Azəri-Türk Qadınlar Birliyi və Beynəlxalq Diaspor Mərkəzinin rəhbərliyi Türkiyədən gələn qonaqlarla birgə Türk şəhidliyini ziyarət ediblər. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin