İnternet insanlığın ən böyük kəşflərindən olduğu hamı tərəfindən qəbul olunur. İnternet çoxlarının iş yeri, dostlarla ünsiyyət üçün dövrümüzün ən öndə gedən vasitəsidir. Ağıl sahibi olan adamlar sosial şəbəkələrdən lazımlı və dəyərli işlər üçün istifadə edirlər. Ancaq bəziləri bu bir çoxlarına əhəmiyyətli olan kəşfdən ağılsızcasına yararlanırlar. Bir müddət öncə xarici ölkələrin birində sosial şəbəkələrin həddi-büluğa çatmayan qızlar üçün zərərli olduğuna dair reportaj hazırlanmışdı. Reportajda azyaşlıların sosial şəbəkələrdən kifayət qədər az istifadə etməsi və tanımadıqları şəxslərlə əlaqə qurmamağı tövsiyə olunmuşdu. Bu hazırda bütün dünyada problemli bir məsələdir. Bu baxımdan ən çox valdeynlər üçün bir oyanış təsiri bağışlayır. Gənc qızlar xa0"facebook","odnaklassnik" və s. kimi şəbəkələrdə tanımadıqları şəxslərdən əvvəlcə xoş rəftar görsələr də sonrakı hadisələrin nəticəsini düşünmürlər. İndiyə kimi mediada sosial şəbəkələrin səbəb olduğu faciələri çox görmüşük. Gənclərimizin sosial şəbəkələrə olan marağının heç olmasa bir hissəsinin elmə, təhsilə olması intellektual cəmiyyət qurmaq üçün atılan addımların ən vacibi olardı.xa0
Moderator.az - ın əməkdaşı mövzu ətrafında psixoloq Babək Bayramovun fikirlərini öyrənib:
"Facebookda çox vaxt keçirən insanlar başqalarının fəaliyyətini izləyə bilirlər və xüsusilə də sevgililəri barədə əldə etdikləri məlumatları onları stressə salacaq şəkildə dəyərləndirə bilirlər. Aparılmış bir araşdırma nəticəsində məlum olmuşdur ki, vaxtının çoxunu Facebookda keçirən uşaqlarda yuxusuzluq problemi və depressiya müşahidə olunur. Facebook əməlli-başlı zaman oğrusudur. Facebookda çox vaxt keçirən ərgənlik dövründəki gənclərdə daha çox psixoloji pozğunluqlar, asosial davranışlar və təcavüzkar hərəkətlər müşahidə olunur. Facebooka aludə olan şagird və tələbələr dərsdən qaçmağa daha çox meylli olurlar. Belə məktəblilərin təhsilindəki nəticələr daha aşağı olur. Ayda 2000-dən çox mesaj göndərən gənclər ailələri ilə ünsiyyətdə daha çox problemlə üzləşirlər."
Sosial şəbəkə "aludəçisi" olan gənclərlə bağlı təhsil eksperti Kamran Əsədovun öz yanaşması var:
"Qeyd edim ki, sosial şəbəkələrin həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət tərəflərdən biri sosial şəbəkələrin insanların bir-biri ilə ünsiyyətlərini davam etdirib əlaqələrini saxlamasıdır. Ünsiyyətə ehtiyacı olanlar, özünü tənha hiss edənlər, eləcə də hər hansı bir səbəbdən cəmiyyət içinə çıxa bilməyənlər öz ehtiyaclarını sosial şəbəkələr vasitəsilə təmin edirlər. Yaxud da müəyyən depressiyada olan insanlar özlərinə tanışlar tapıb, ovqatlarını yüksəldirlər. Bir başqa müsbət məqam budur ki, bu sosial şəbəkələrdə canlı cəmiyyətlər yaranır. Kim hansı sahə ilə maraqlanırsa, sanki onların klubları yaranır. Məsələn, həkimlər, iqtisadçılar, hüquqşünaslar və digər klublar. Belə klublar istifadəçilərin xa0həm də öz peşəkar biliklərinin artırılmasında da böyük rol oynayır. Burada insanlar ən müxtəlif sahələrdə öz biliklərini bölüşürlər.xa0
Müsbət tərəflərinə baxmayaraq sosial şəbəkələrin mənfi tərəfləri daha çoxdur. Bir çox dünya alimləri sosial ünsiyyət portalını bəşəriyyəti məhvə aparan yeni bir silah növü kimi qiymətləndirirlər. Onların fikrincə, belə sosial şəbəkələr insanların internet asılılığını artırmaqla yanaşı, onları müasir həyatdan uzaqlaşdırır, beyinlərini yuyur və robot kimi sanki özünə tabe etdirir. Ən başlıcası, insanlarda mənəvi dəyərləri məhv edir və onları real həyatdan uzaqlaşdırır. Məsələn, əgər real həyatda insanlar dostları ilə görüşür, ünsiyyət qurur, paylaşırlarsa, sosial şəbəkə insanın vaxtını və ömrünü real olmayan, virtual bir “həyata”x9d sərf etməyə məhkum edir. Sosial şəbəkə istifadəçiləri həm də öz əxlaqi təməllərini dağıtmaq təhlükəsi qarşısındadırlar.Və əsas məsələ: bizim üçün böyük problemə çevrilən gənc nəslin nümayəndələri, əsas da qızların sosial şəbəkələrdə fəaliyyəti və bunun nəticələri, təzadları. Bir şox ailələrdə uşaqlar valideynlər tərəfindən zorakılığa məruz qalır. Bu hal əsasən tüfeyli həyat tərzi keçirən və maddi imkanları zəif ailələrdə qeydə alınır. Valideynləri tərəfindən işgəncələrə məruz qalan uşaqlar evdən qaçırlar. Cinsi zorakılıqla bağlı vəziyyət daha təhlükəlidir. İnternet vasitəsilə uşaqları cinsi zorakılığa cəlb etmə geniş yayılıb. Sosial şəbəkə gənc və orta yaşlıların da gündəlik oyun və ünsiyyət məkanlarından birinə çevrilib. Uşaqlar arasında sosial şəbəkələrərə maraq artır ki, bunun da nəticəsi xoşagəlməz olur. Uşaqların bəzisi sosial şəbəkələrə daxil olmaqla erotik və parnoqrafik görüntülərə baxırlar. Bu isə onların əqli, mənəvi və fiziki inkişafına mənfi təsir göstərir. Valideyn nəzarətindən yayınan azyaşlı qızlar isə bu şəbəkələrdə əks cins nümayəndələrinin təsiri altına düşərək onlarla ünsiyyət qururlar. Sonradan bu tanışlıq cinsi sorakılığa gətirib şıxarır. Müddət ötdükcə, onlar insan alverinin qurbanlarına çevrilirlər. Saxta profillər ilə dərsdən sonra, dərsin gedişində bir çox əxlaqsız facebook səhifələrindən istifadə edirlər. Təəssüf ki, ac şərqli qadın, kişi psixologiyası özünü biruzə verir. Qız tələblər arasında sosial şəbəkələrdən istifadə edən bəzi gənclər bundan rahat və sürətli ünsiyyət imkanını, başqa rahat və sürətli ünsiyyətə yönəldib. Və rayondan, evdən təhsil almaq adı ilə çıxaraq əldə etdiyi azadlığı, müstəqilliyi sosial şəbəkələr vasitəsilə reallığa çevirir. Əlbəttə ki, bu bütün hamısına aid deyil, amma kifayət qədər ciddi faiz bu haldadır. Əgər siz gənc yaşda ailə həyatı qurub və qısa müddət sonra boşanan gənclərin sayına baxsanız vəziyyətin nə qədər acınacaqlı olduğunu görərsiniz."

































































































