Müvəqqəti olaraq fəaliyyətini dayandıran Bakı Asiya Universitetinin tələblərinin köçürülməsi prosesində problemlər yaşanır.
Tələbələrin Moderator.az-a verdiyi məlumata görə, onları Təfəkkür Universitetinə köçürürlər.
Tələbələr bu köçürmədən narazı olmasalar da Təfəkkür Universiteti rəhbərliyinin təhsil haqqını əvvəlcədən və tam şəkildə istəməsi onların ürəyincə deyil. Tələbələr deyirlər ki, onlar Bakı Asiya Universitetində təhsil haqqını mərhələ-mərhələ ödəyiblər. İndi isə 2000-3000 manatı tələbələrdən əvvəlcədən almağa çalışırlar.
Xatırladaq ki, Bakı Asiya Universitetinin fəaliyyəti Təhsil Nazirliyinə rəsmi müraciət əsasında müvəqqəti olaraq dayandırılıb. Universitetin rektoru, professor Cəlil Nağıyev deyib ki, maliyyə çətinliyi səbəbindən bu addımı atmağa məcbur olublar.
































































































