ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə görüşüb.xa0
xa0
Partiyadan Moderator.az -a verilən məlumata görə, ADP-nin qərargahında baş tutan görüşdə ABŞ - Azərbaycan əlaqələri, ölkədə və dünyada mövcud siyasi vəziyyət, Azərbaycanda keçiriləcək parlament seçkiləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.xa0
xa0
Görüşdə səfirliyin siyasi məsələlər üzrə müşaviri xanım Syuzan Çesli, ADP sədrinin birinci müavini Həsrət Rüstəmov və partiya sədrinin seçki məsələləri üzrə müavini Taliyət Əliyev də iştirak edib.xa0
xa0
Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək.
































































































