Rusiyadan Azərbaycana “PDM-3”x9dlərin tədarükü başa çatmaqdadır

Hazırda oxunan: Rusiyadan Azərbaycana “PDM-3”x9dlərin tədarükü başa çatmaqdadır

94605
“Son partiyanın yola salınması gözlənilir, bu, təxminən 50 maşındır”x9d.

Piyadaların Döyüş Maşınlarının (PDM-3) Rusiyadan Azərbaycana tədarükü gələn il başa çatacaq.

Oxu.Az xəbər verir ki, bu barədə TASS-a hərbi-texniki əməkdaşlıq sahəsindəki mənbə bildirib.

“Piyadaların Döyüş Maşınlarının (PDM-3) Rusiyadan Azərbaycana tədarükü 2016-cı ildə başa çatacaq. İlin sonunda 50-yə yaxın belə maşının sonuncu partiyası Azərbaycana yola salınacaq”x9d, -agentliyin həmsöhbəti sentyabrın 9-da açılmış “Russia Arms Expo-2015”x9d (RAE-2015) silah sərgisində bildirib.

Bu ilin əvvəlində “T-90S”x9d tipli tankların Rusiyadan Azərbaycana tədarükü başa çatıb. Daha öncə “Rosoboroneksport”x9dda bildirilmişdi ki, 2010-cu ildə əldə edilmiş razılığa əsasən Rusiya Federasiyası silah və texnikanın iri partiyasının çatdırılmasını 2017-ci ildə başa çatdıracaq.

KİV-in məlumatına görə, söhbət “T-90C”x9d tankları, BMP-3, özüyeriyən artilleriya qurğuları, ağır alov saçan sistem göndərilməsindən gedir.

Bundan başqa, tanklar ilə bərabər Azərbaycan təmir-evakuasiya və mühəndis maşınları alıb. Ekspertlər qeyd edir ki, bu müqavilə paketinin qiyməti 1 milyard dollara yaxındır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin