Azərbaycanda bu il keçiriləcək parlament seçkiləri və bu seçkilərdə iştirak məsələsi ilə bağlı müxalif düşərgə daxilində fikir ayrılıqları seçki yaxınlaşdıqca daha da artmaqdadır. Belə ki, Azərbaycanda seçkiöncəsi vəziyyətin qeyri-demokratik olduğuna, təzyiq və repressiyaların davam etdiyinə diqqət çəkən bəzi müxalif siyasilər hesab edir ki, belə bir şəraitdə seçkilərdə iştirak edəcək müxalifət nümayəndələri demokratiyaya xəyanət etmiş olacaq. Onların fikrincə, məlum situasiyada seçkilərə qoşulmaq saxta seçkilərin nəticəsinin legitimləşdirilməsinə yardım etmək deməkdir ki, bunu da demokratiya və demokratik qüvvələrə, eləcə də Azərbaycan xalqına xəyanət kimi dəyərləndirmək mümkündür.
Maraqlıdır, mövcud şərtlər daxilində parlament seçkilərə qatılmaq doğrudanmı Azərbaycan xalqı və demokratiyaya xəyanət deməkdir? Müxalifətin seçkilərdən tamamilə imtina etməsi doğrudanmı demokratiyaya daha böyük xidmət ola bilər?
Moderator.az xəbər verir ki, “Hürriyyət”x9d qəzetinə açıqlama verən “Turan”x9d İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bu qənaəti bölüşmədiyini vurğuladı:
xa0“Mən məsələnin belə qoyuluşu ilə razı deyiləm. Şübhəsiz ki, Azərbaycanda keçirilən seçkilərin nəticəsi saxtalaşdırılır və bu hər kəsə bəlli olan bir həqiqətdir. Bu, kimsə üçün sirr deyil. Azərbaycanda seçkilərdə bərabərhüquqlu imkanlar yoxdur və olmayacaq da. Bu, birmənalıdır. O ki qaldı kimsənin bu seçkilərdə iştirak edib-etmədiyinə, bu, hər kəsin öz işidir. Kim istəyirsə seçkini boykot edə bilər. İstəyən isə seçkilərə qatıla bilər. Məsələn, 2008-ci ildə müxalifət prezident seçkilərinə qoşulmamışdı. Lakin buna baxmayaraq prezident seçildi. Həyat davam edir. Bunlar şərti şeylərdir. Bəzi adamlar indi bununla özlərinə bəraət qazandırmaq istəyir. Bəs 2005-2010-cu illərdə seçkilərdə kim iştirak edib? O zaman söyləmək olarmı ki, saxta yolla seçilən parlament müxalifət tərəfindən legitimləşdirilib?
Hesab edirəm ki, məsələləri bu şəkildə dəyərləndirmək düzgün deyil. Bu cür bəyanatların verilməsi mənasızdır. Kim istəyirsə seçkidə iştirak eləsin, istəməyən isə iştirak etməsin. Bu, hər kəsin özünün vürəcəyi qərardır”x9d.
xa0
Seymur Əliyev
xa0


































































































