Rövnəq Abdullayev: “Bu etimadı doğrultmağa çalışacam”x9d

Hazırda oxunan: Rövnəq Abdullayev: “Bu etimadı doğrultmağa çalışacam”x9d

93824
“Azərbaycan prezidenti İlham Əliyevin tövsiyəsi əsasında seçki keçirildi və mən Cüdo Federasiyasının prezidenti seçildim. Bu etimadı doğrultmağa çalışacam”x9d. 

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) yeni prezidenti Rövnəq Abdullayev deyib.

ACF-nin İdarə Heyətinin iclasından sonra federasiyaya rəhbər seçilən Abdullayev KİV nümayəndələrinə bildirib ki, əsas məqsəd idmanın bu növünün inkişafına nail olmaqdı. Onun sözlərinə görə, yığmamızın uğurlu çıxışı və yeniyetmələrin bu idman növünə cəlb edilməsi üçün bütün lazımı şərait yaradılacaq.
 
Prezident 2016-cı ildə keçiriləcək Rio Olimpiadasına 1 ildən az vaxt qalmasına baxmayaraq, maksimum sayda lisenziya qazanacaqlarına inam ifadə edib: “Bəli, Rio Olimpiadasına elə də çox vaxt qalmayıb. Biz indidən növbəti Oyunlarına lazımı səviyyədə hazırlaşmalıyıq. Təbii ki, öncə lisenziyalar qazanıb, sonradan Rioda mükafat qazanmaq üçün şansımız olsun. Cüdoçuların və məşqçiləri çoxusu ilə yaxından tanışam. Çünki onların əksəriyyəti məhz “Neftçi”x9dni təmsil edirlər”x9d.
 
Bununla yanaşı, Abdullayev bildirib ki, yığmaya əcnəbi baş məşqçinin gətirilməsi müzakirə mövzusu deyil.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin