Milli Məclisin sədri İran parlamentinin rəhbəri Əli xa0Laricani ilə energetika və nəqliyyat sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.xa0
Bu barədə Moderator.az -a məlumat xa0Milli Məclisdən verilib.
ABŞ-da Parlament sədrlərinin 4-cü Ümumdünya Konfransında iştirak edən Milli Məclisin sədri Oqtay Əsədov konfrans çərçivəsində İran parlamentinin sədri Əli Laricani ilə xa0görüşüb.
Görüşdə regional iqtisadi inkişaf və Azərbaycanla İran arasında münasibətlər barədə fikir mübadiləsi aparılıb. İki ölkənin qanunverici orqanlarının sədrləri, o cümlədən, Azərbaycanın regionda və onun hüdudlarında kənarda energetika sektorunda və nəqliyyat infrastrukturu yaradılmasında qazanılmış nailiyyətləri müzakirə ediblər.
Tədbir çərçivəsində Milli Məclis sədri Oqtay Əsədov xa0həmçinin Albaniya parlamentinin vitse-spikeri Valentina Leskay ilə görüşüb. Görüşdə ikitərəfli iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib. Vurğulanıb ki, Albaniyanın da ərazisindən keçən Transadriatik Qaz Kəmərinin (TAP) tikintisi yeni iş yerləri açılmasına və Albaniya iqtisadiyyatının inkişafına şərait yaradır.
xa0Xanım Leskay Azərbaycanın Albaniya iqtisadiyyatına verdiyi töhfəni yüksək qiymətləndirib. O, Azərbaycanın uğurlarından söhbət açaraq qeyd edib ki, Albaniya Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda, o cümlədən iqtisadiyyat sahəsində həyata keçirilən müsbət dəyişiklikləri alqışlayır. Vitse-spiker deyib ki, Albaniya bu təcrübəni öyrənmək və öz ölkəsinin iqtisadiyyat sektorunda tətbiq etmək niyyətindədir.
































































































