Təxminən bir həftə bundan öncə ABŞ-ın Virciniya ştatının Moneta şəhərində 24 yaşlı müxbir Alison Parker və 27 yaşlı operator Adam Vard "TB WDBJ" televiziyasının əməkdaşları keçmiş həmkarları Brays Uilyams tərəfindən güllələnib. İntihara cəhd etsə də, sağ qalan B.Uilyams öz əməlini hər iki jurnalistin qeyri-peşəkar olması ilə əlaqələndirib.
Maraqlıdır, Azərbaycanda
qeyri-peşəkarlığa görə ölüm cəzası tətbiq edilsəydi, o zaman ölkə mediasında
çalışanların neçə faizini güllələmək lazım gələrdi?
Bununla bağlı
Moderator.az-a açıqlama verən “Yeni Nəsil”x9d Jurnalistlər Birliyinin sədri, media eksperti Arif
Əliyev nəinki qeyri-peşəkarlığa görə, heç bir əmələ görə güllələnmə cəzasının tətbiqini
doğru saymadığını bildirib:
“Mən insan münasibətlərində
cəza növü kimi güllələnməni qəbul eləmirəm. Biz bu günə qədər mübarizəni güllələmək,
baş kəsmək, dişləmək, “lom”x9dla, “lapatka”x9d ilə vurmaq kimi başa düşdüyümüz üçün
bu gündəyik. İstənilən çatışmazlığa, qüsura, eləcə də qeyri-peşəkarlığa qarşı
mübarizə daha sivil və mütərəqqi üsullarla aparılmalıdır. Güllələmək
anti-insani bir addım olmaqla yanaşı, problemin həlli də deyil”x9d.
Seymur Əliyev
































































































