“Azərbaycanda məni tikə-tikə edərlər...”x9d

Hazırda oxunan: “Azərbaycanda məni tikə-tikə edərlər...”x9d

93230
Azərbaycan Respublikasının təşəbbüsü ilə beynəlxalq axtarışda olduğum üçün bu ölkə mənim saxlanılmağımı və onlara təhvil verməyimi istəyirdi.xa0

Azvision.az xəbər verir ki, bu sözləri Rusiyanın “Komsomolskiy Pravda”x9d qəzetinə müsahibəsində Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən rus biznesmen Qerman Sterliqov bildirib.xa0

Ötən gün Rusiyada saxlanılan və sonra azad edilən iş adamı axtarışda olsa da heç bir ölkəyə təhvil verilməyəcəyini deyib.xa0

“Rusiya Federasiyası öz vətəndaşlarını heç bir ölkəyə təhvil vermir. Ona görə də hər şey qaydasındadır. Mən Rusiya polisi və prokurorluğu tərəfindən aparılan tez və aydın şəkildə aparılan bütün lazımı proseduralardan sonra “Aeroekspress”x9dlə Moskvaya gedirəm. Məni oğlum gözləyir. Biz öz təsərrüfatımıza - kənd işləri ilə məşğul olmağa gedirik”x9d

Sterliqovun sözlərinə görə, Rusiya hüquq-mühafizə orqanları ona qarşı heç bir iddiası yoxdur: “Bundan əlavə, onlar əmin etdilər ki, məni nə Azərbaycana, nə də üçüncü ölkəyə təhvil verəcəklər. Çünki, heç bir Rusiya vətəndaşı başqa ölkəyə təhvil verilə bilməz. Rusiya vətəndaşlarını Rusiya qanunlarına görə mühakimə edirlər. Bu işləri isə Rusiya hüquq-mühafizə orqanları məşğul olur”x9d.

Biznesmen Rusiyaya qayıtdığı üçün şad olduğunu da bildirib: “Mən rahat şəkildə öz evimə gedirəm. Artıq Rusiyaya gəlmişəm. Buna görə çox şadam. Mən həyat yoldaşımla birgə öz vətənimdə olduğum üçün çox şadam”x9d.

Lakin Sterliqov həmçinin Dağlıq Qarabağa tez-tez səfər edəcəyini vurğulayıb.xa0

“Bizim orada böyük planlarımız, maraqlı ideyalarımız var. Dağlıq Qarabağ ekologiya, təbiət baxımından bu ideyalar üçün unikal meydançadır”x9d.

Rusiyalı biznesmen təkrar saxlanılacağından ehtiyat edir: “Əgər mən Gürcüstana gəlsəydim və orada Azərbaycan tərəfindən axtarışda olsaydım, onda ən yaxşı halda gürcülər mənim əllimi qandallayıb və Azərbaycana təhvil verərdilər. Orda isə məni şərti olaraq deyim ki, tikələrə bölərdilər. Lakin Rusiyaya gəldiyiniz zaman siz təhlükəsiz əraziyə gəlirsiniz. Lakin digər ölkələrə gəldikdə isə sən həbs oluna bilər və öz düşmənlərinə təhvil verilə bilərsən”x9d.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin