YAP üzvlüyünə namizədlərin siyahısı dəyişib - VİDEO

Hazırda oxunan: YAP üzvlüyünə namizədlərin siyahısı dəyişib - VİDEO

93072
Yeni Azərbaycan Partiyasının parlament üzvlüyünə namizədlərin siyahısına bir sıra dəyişikliklər olunub. 

Belə ki, partiyanın icra katibinin müavini Siyavuş Novruzov ANS-ə açıqlamasında söyləyib ki, namizədlər siyahısına yeni adlar daxil edilib. Partiya daxilində aparılan tədqiqatlar nəticəsində həmin şəxslər barəsində məlumatlar toplanıb. Dairələr üzrə namizəd siyahısı bu həftə ərzində ictimaiyyətə açıqlanacaq. 

Siyavuş Novruzov əlavə edib ki, artıq bütün namizədlər müəyyənləşib:

“Təbii ki, partiyanın tərkibində dəyişikliklər var. Hər hansı bir şəxsin nazmizədliyini irəli sürmək idarə heyətinin qərarından asılıdır. Amma əksər dairələr üzrə namizədlər olacaq. Orada tanınmış, paralmentdə təmsil ounmuş və olunmamış şəxslər var. Bunların hamısı artıq müəyyənləşib”x9d. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin