İTV-nin müntəzəm yayıma başlamasının 10 ili tamam olur. Bu telekanal efir məkanımıza cəmiyyətə və demokratiyanın inkişafına nə verib, tamaşaçılar bu televiziyanın mövcudluğundan nə qazanıblar? İctimai televiziyanın hansı uğurları və qüsurları var?
Tanınmış televiziya mütəxəssisi, professor Qulu Məhərrəmli yazdığı statusda
bütün bunlara cavab verməyə çalışıb. Moderator.az olaraq onun facebook səhifəsində yazdıqlarını
olduğu kimi təqdim edirik:
“ Əlbəttə,
özəl TV-lərin çoxaldığı və efirdə kəskin rəqabət mühitinin yarandığı bir şəraitdə
Azərbaycanda İctimai teleradio adında qurumun fəaliyyət göstərməsi müsbət hadisədir.
Demokratik inkişaf yolu seçdiyini bəyan etmiş bir cəmiyyət
üçün ictimai yayımın olması hava və su təki lazımdır. Bizim kimi cəmiyyətlərdə
ictimai yayım ona görə vacib sayılır ki, demokratik dəyərləri yaysın, söz və
fikir azadlığını, plüralizmi ”“ fikir müxtəlifliyini, tolerantlığı, əks fikrə
dözümlüyü, fərqli düşüncəni, diskussiya mədəniyyətini inkişaf etdirsin. İctimai
yayım bu tələblərə cavab verirmi, cəmiyyəti inkişaf etdirmək missiyasını yerinə
yetirə bilirmi?
Bu
suallara cavab verməzdən əvvəl, onu deyim ki, on illik yubileyini qeyd edən İTV-nin
başqa kanallarla müqayisədə, hər halda bəzi üstünlükləri vardır və bunları deməmək
insafsızlıq olardı. Qısa müddətdə formalaşmış bu telekanalda müəyyən peşəkarlıq
tərzi, sakit intonasiya, təqdimatlarda fərqlilik, aparıcıların əksəriyyətində bəlli
bir səviyyə, ciddilik, davranışlarda ölçülərin gözlənilməsi, əxlaqi çərçivənin
olması faktdır. Zəif də olsa ekranda yaradıcılıq axtarışları, auditoriyaya hörmət,
tarixə sağlam baxış cəhdi hiss olunur. Kanal rəhbərliyi maarifçiliyi, milli mədəniyyət
problemlərini, mənəvi dəyərləri diqqət mərkəzində saxlamağa çalışır.
Təssüf
ki, göstərilən bu müsbət cəhətlər, məhz əvvəldə dediyimiz xüsusi məqsədlər
naminə yaradılmış ictimai yayımın səmərəliliyi üçün yetərli deyildir.Bu günlərdə
İTV-yə tamaşaçı sevgisi haqqında danışılmasına pis baxmıram, yubiley
yazılarındakı təriflərlə də işim yoxdur, amma bu kanalın fəaliyyətini qiymətləndirmək
üçün onun fəlsəfəsinə uyğun fərqli meyarlarlardan çıxış etməyin vacibliyini
mütləq deməliyəm. Məhz həmin meyarlar prizmasından və ictimai yayım haqqında
qanunun müddəaları baxımından yanaşdıqda İTV-nin axsaması göz qabağındadır.
Ən
ciddi məqam telekanalın ənənəvi nöqsanlarının dərinləşməsi ictimai yayım
missiyasının sönükləşməsidir, bu səbəbdən Azərbaycan cəmiyyəti bütövlükdə
ekranda öz rəngləri ilə əks etdirilmir. Verilişlərdə toplumu
maraqlandıran aktual mövzular, çox vaxt diqqətdən kənarda qalır, ictimai maraqlar
önə çəkilmir, təbliğat materiallarının xüsusi çəkisi yenə də çoxdur. Tənqid,
qeybə çəkilib, xəbər süjetlərində və diskussiya proqramlarında balans bir qayda
olaraq pozulur, efiri “ekspert”x9d qismində eyni adamlar zəbt edir, müzakirə adı
ilə təqdim olunan proqramlarda “informasiya çirkləndirməsi”x9d dərinləşir,
ekrandan alternativ fikir, demək olar ki, səslənmir. Maarifləndirici
proqramların, uşaqlar və yeniyetmələr üçün verilişlərin sayca azaldılması təəssüf
doğurur. Əlbəttə, mən bəzi məhdudiyyətlərin
mövcud şəraitlə, cəmiyyətin özündən gələn çətinliklərlə bağlı olduğunu
anlayıram. Bununla yanaşı, qanunla ictimai yayıma verilən tələblərin
bir qisminin yerinə yetirilməsinin mümkünlüyünə də inanıram. Bu baxımdan
ictimai radionun fəaliyyətini, onun efirində gedən yaradıcı prosesləri, xüsusən
mənəvi dəyərlərə münasibəti, tematik rəngarəngliyi, aparıcı işini yüksək qiymətləndirmək
olar. İndiki şəraitdə bu, bizim ən səviyyəli radiomuzdur.
İTV-nin
10 illik fəaliyyətinin böyük bir hissəsi fəaliyyətini daim tənqid etdiyimiz
keçmiş sədr İsmayil Ömərovun rəhbərliyi ilə bağlı olub. Ədalət
naminə deməliyəm ki, onun dövründə kanal, bir çox nöqsanları ilə yanaşı, daha
dinamik, yeniliyə meyilli, fəal axtarışlı, daha məzmunlu və rəngarəng idi.
Ondan sonra bir sıra proqramların bağlanması, eləcə də Leyla Quliyeva, Yusif
Günaydın və Hüsniyyə Məhərrəmova kimi parlaq aparıcıların getməsi, fikrimcə,
telekanalı müəyyən qədər solğunlaşdırıb. AzTV-dən əsən küləklərin də bu kanala
mənfi təsiri getdikcə aşkar hiss olunur”x9d.
































































































