İcra hakimləri indi də öz övladlarını millət vəkili etmək arzusundadırlar. Azərbaycan reallıqlarında deputatın necə seçildiyini nəzərə alan bir çox çevrələr bu təşəbbüsü hakimiyyət mexanizmini ailə müəssisələrinə çevirmək cəhdi kimi qiymətləndirirlər.
Bu cür təşəbbüslərdə ittiham olunanlardan biri də Salyanın icra başçısı Tahir Kərimovdur. Onun barədə infom.az-ın qələmə aldığı bir yazını Moderator.az oxucularına təqdim edirik:
Saytların iddiasına görə, deputatlığa namizədliyini irəli sürəcək məmur övladları sırasında Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimovun oğlu, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofis koordinatoru Ümid Abuzərlinin də adı var. Hətta adıçəkilən şəxsin Daşkəsən rayonundan namizəd olacağı da “dəqiqləşdirilib”x9d.
Ümud Abuzərli gənc olmasına baxmayaraq mətbuata tanışdır və necə deyərlər, üzdə olan adamdır. Buna görə də barəsində məlumat toplamaq və iddanı araşdırmaq infom.az-ın əməkdaşına çətinlik yaratmayıb. Üstəlik ortaya maraqlı faktlar çıxıb.
Əməkdaşımız əvvəlcə Ümudin təsisçisi olduğu “Level Up”x9d Təhsil və İnkişaf Mərkəzi ilə əlaqə saxlayıb. Onun sorğusuna aşağıdakı məzmunda cavab verilib:
“Ümud Abuzərli 6 oktyabr 1992-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsillidir. Buxarest İqtisadi Elmlər Akademiyasının Biznesin təşkili və onun idarə olunması fakultəsini bitirib, hazırda Böyük Britaniyanın Westminster Universitetində təhsilini davam etdirir. Beş (Azərbaycan, ingilis, rumın, rus və türk) diliində sərbəst danışır. İdmanın üzgüçülük və yüngül atletika növləriylə məşğuldur.
Üstəlik o, bir çox ictimai və sosial layihələrin müəllifi və icraçısı olmaqla Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak, beynəlxalq tədbirlərdə ölkəmizi təmsil edib. 2010 cu ildən YAP-ın üzvü və hazırda bu partiyada gənclər birliyinin koordintorudur. Ailəlidir.”x9d
İnsafən qeyd edək ki, 23 yaşlı gənc üçün olduqca zəngin və qürurverici bioqrafiyadır. Təbii ki, bir vətəndaş olaraq onun da seçmək, seçilmək, dövlətin idarə olunmasında iştirak hüququ var.
Amma Ümid Abuzərliyə indiki vaxtda Milli Məclisin deputatı olmağa qanun yol vermir. Çünki ölkə konstitusiyasına görə, Milli Məclisin deputatlığına namizədliyi irəli sürülən şəxsin yaşı 25-dən az olmamalıdır. Ümidin isə 23 yaşı var. Kifayət qədər ciddi bir məlumatı yayan KIV-lər, ilk növbədə, bu amili nəzərə almalıydı.
Əslində dezinformasiyanın kökündə Ümud Abuzərlinin Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimovun oğlu olması faktı dayanır.
Bildiyimiz (yaxud bilməli olduğumuz) kimi, qanun yalnız yaxın qohumların bir-birinin tabeliyində işləməyini qadağan edir. Milli Məclisin digər dövlət orqanlarından asılı olmayan, qanunverici orqan olmağını, onun deputatlarının isə ayrı-ayrı dairələrdən seçilməyini nəzərə alsaq, atanın icra başçsı olmağı nə dərəcədə böyük əhəmiyyət kəsb edir?
Özü də oğulun namizədliyi atanın başçı olmadığı digər rayondan irəli sürülürsə. Bir də axı deputatlığa namizəd irəli sürülmək, lap elə millət vəkili seçilmək nə vaxtdan qəbahət iş olub ki, bu faktdan qara piar kimi istifadə edilsin?



































































































