Tanınmış jurnalist vəfat edib

Hazırda oxunan: Tanınmış jurnalist vəfat edib

92674
Tanınmış jurnalist Mahal İsmayıloğlu dünyasını dəyişib.
"Report"un məlumatına görə, M.İsmayıloğlu Respublika Kliniki Xəstəxanasında böyrək çatışmazlığından vəfat edib.

Qeyd edək ki, Mahal İsmayıloğlu 1957-ci ilin yanvarın 22-də Ermənistanın Kalinino rayonunun Evli kəndində anadan olub.
1977-1982-ci illərdə Azərbaycan Dövlət Universitetinin (ADU) jurnalistika fakültəsində oxuyub. 1982-1984- cü illərdə İrəvanda nəşr olunan “Sovet Ermənistanı”x9d qəzetində, baş müxbir vəzifəsində çalışıb.

1984-1987-ci illərdə C.Cabbarlı adına “Azərbaycanfilm”x9d kinostudiyasında redaktor işləyib. 1987-1990-cı illərdə Neft və Kimya İnstitutunun (İndiki Neft Akademiyasının) çoxtirajlı qəzetinin redaktoru olub. 1990-cı ilin avqustundan “Aydınlıq”x9d qəzetində çalışıb. 1995-ci ilin oktyabrından 2002-ci ilin aprel ayınadək “Xalq qəzeti”x9dnin baş redaktoru işləyib.
Bundan əlavə, o, "Yeni Müsavat" və "Azadlıq" qəzeti ilə də əməkdaşlıq edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin