Mingəçevir şəhər sakini Bəhruz Hacıyevin şəhər polis şöbəsinə gətiriləndən bir müddət sonra vəfat etməsinin doğurduğu ictimai rezonansa davam edir. Məhz məlum olayla bağlı yaşanan ictimai narazılığın nəticəsidir ki, hadisədən sonra polis şöbəsi qarşısında aksiya keçirən bir qrup sakinlə polis arasında gərginlik yaşanmış, qarşıdurma nəticəsində 4 polis əməkdaşı xəsarət almış, bir polis avtomobili isə yararsız vəziyyətə düşmüşdür.
Şübhəsiz, törətdiyi əməlin
və ya yol verdiyi qanunsuzluğun miqyasından asılı olmayaraq vətəndaşın polis
şöbəsində istənilən səbəbdən dünyasını dəyişməsi arzuedilməzdir və bu, ictimai
rəydə müəyyən şübhələrə səbəb olur. Lakin proseslərin polislə vətəndaşlar
arasında kütləvi qarşıdurma ilə nəticələnməsi də yolverilməzdir və bu, ölkəd axilində
ictimai sabitliyin pozulmasına, cəmiyyətdə polisə qarşı nifrət və güvənsizliyin
formalaşmasına sitimul verir.
Yəqin ki, Mingəçevir Şəhər
Polis Şöbəsində baş verən olayla bağlı aparılan araşdırmalar yekunlaşandan
sonra baş verən hadisənin mahiyyəti daha aydın bəlli olacaq və bütün müqəssirlər
layiqli cəzasını alacaqdır. Lakin proseslərin gedişində yaşanan bəzi maraqlı məqamlar
var ki, bu məqamların təhlili bütövlükdə dövlət və dövlətçiliyin qorunması
baxımından zəruri və vacibdir.
Bir gəncin ölümü və Mingəçeviri bürüyən atəş
Bəhruz Hacıyevin ölümü
fonunda müşahidə edilən qəribəliklərdən biri hadisədən qısa müddət sonra Mingəçevir
və ətraf rayonlarda əhalinin ayağa qalxması, şəhər polis şöbəsinin önünə
axışaraq qisasçı şüarlar səsləndirməsi oldu. Maraqlıdır ki, bu günə qədər müxtəlif
dövlət orqanlarının qarşısında və ya qəbul şöbələrində kifayət qədər ölüm
hallları baş versə də, bu olayların heç biri ilə bağlı hər hansı etiraz
aksiyası baş verməmiş, olaylar bunca geniş rezonans və qarşıdurmaya səbəb
olmamışdır.
Ötən ilin dekabr ayında
14 saylı zonda məhbus Elşad Babayevin, 2011-ci ilin avqust ayında Naxçıvan
MTN-də Turac Zeynalovun, 2011-ci ilin martında Əmlak
Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin
Bakı şəhər Ərazi İdarəsində Rauf Əliyevin və s.ölümü hər hansı kütləvi
etiraz aksiyası ilə müşahidə edilmədi. Halbuki bu və bu qəbildən olan xeyli
sayda hadisədə ölüm faktı daha müəmmalı şəraitdə baş vermiş, bu hadisələrin bəzisi
ilə bağlı xeylis ayda maddi sübut, eləcə də fotoşəkillər ölkə mediasına, sosial
şəbəkələrə yol atpmışdı. Lakin Mingəçevir Şəhər Polis Şöbəsində baş verən ölüm
hadisəsi tamam fərqli olaylarla səbəb oldu ki, bu olayların təsadüfdən daha çox
məqsədli şəkildə meydana çıxması ehtimalı daha inandırıcı görünür.
DİN-i “vurmaq”x9d kimə sərf edir?
Əslində Mingəçevirdə baş
verən olayların mahiyyətini anlamaq, xalqın kütləvi şəkildə polisə qarşı cəbhə
almasının səbəbini dərk etmək, məlum ssenarinin kim tərəfindən idarə edildiyini
başa düşmək üçün DİN-nin hədəf alınmasının kimlərin marağına daha çox cavab
verdiyini araşdırmaq lazımdır. Araşdırmaq lazımdır ki, DİN-i “vurmaq”x9d, polis əməkdaşlarını
gözdən salmaq, cəmiyyətdə polisə qarşı inamsızlıq yaratmaq, DİN rəhbərliyini
ictimaiyyət və ölkə başçısı qarşısında pis vəziyyətdə qoymaq kimə daha çox sərf
edir.
Maraqlıdır ki, Mingəçevir
olayları ilə bağlı bəyanat yayan DİN Mingəçevir Şəhər Polis Şöbəsində baş verən
ölüm hadisəsindən bəzi qüvvələrin sui-istifadə etmək istədiyinə diqqət çəkmiş,
bu cür halların qarşısının alıacağını bildirmişdi: Baş vermiş bədbəxt hadisədən təəssüfləndiyimizi bildirir və mərhum Bəhruz
Hacıyevin valideynlərinə başsağlığı veririk. Eyni zamanda, diqqətə çatdırırıq
ki, bu hadisədən sui-istifadə edən destruktiv elementlərin təhriki ilə şəhərdə
ictimai qaydanı və sabitliyi pozmağa cəhdlərin qarşısı qətiyyətlə alınacaq, təqsirkar
şəxslər barədə qanunvericiliyə uyğun tədbir görüləcək”x9d.
Hadisələrin
qısa zaman kəsimində genişlənməsi, anti-polis
etirazlarının bir anda Mingəçevir və ətraf rayonları əhatə etməsi olayların mütəşəkkil
şəkildə, süni qarşıdurma və konfilikt yaratmaq sahəsində ciddi səriştəyə malik
qüvvələr tərəfindən həyata keçirildiyini düşünməyə əsas verir.
Və bu yerdə yada daha çox
bank mafiyası və onların arxasında dayanan bəzi qüvvələr düşür. Beynəlxalq
Bankda yaşanan proseslər, milyonlarla, milyardlarla vəsaitin mənimsənilməsi və
bu mənimsəmənin Azərbaycanın iqtisadi müstəqilliyi üçün doğurduğu təhlükə hər kəsə
bəllidir. Və bu da sirr deyil ki, dövlətə və ölkə başçısına qarşı yol verilən maliyyə xəyanətinin
arxasında dayanan qüvvələr yalnız həbs edilən və ya istintaqda olanlarla
yekunlaşmır. Hələlik azadlıqda gəzən bir çox iş adamı və məmur var ki, onların
Beynəlxalq Bankın “səxavətindən”x9d kifayət qədər faydalandığı məlumdur və özlərini
toxunulmaz hesab edən bu şəxslərin həbsi hər an reallaşa bilər. Çox güman ki, məhz
bu qüvvələr diqqəti Beynəlxalq Bankla bağlı yaşanan olaylardan yayındırmaq, ölkə
başçısının, eləcə də ictimaiyyətin diqqətini tamam başqa məcraya yönəltmək üçün
Mingəçevir hadisələrindən faydalanmağa çalışırlar.
Hər halda bu gün baş verən
proseslərin təhlili göstərir ki, Mingəçevir
Şəhər Polis Şöbəsində baş verən ölüm hadisəsini ümumşəhər etirazına çevirmək,
DİN-i xalqın, emosional kütlənin hədəfinə çevirmək daha çox onların marağına
cavab verir.
Yəqin ki, qanunsuz etiraz
aksiyaları ilə bağlı araşdırma aparan DİN-nin apardığı təhqiqatların nəticəsində
bu olayların əsl müəllifinin kimliyi bəlli olacaq, vətəndaş-polis qarşıdurması
timsalında xalq-hakimiyyət qarşıdurması yaradan qüvvələr ölkə başçısı tərəfindən
cəzalandırılacaqdır.

































































































