“Deputat mandatı alan hər kəs seçkiləri ədalətli hesab edir”x9d

Hazırda oxunan: “Deputat mandatı alan hər kəs seçkiləri ədalətli hesab edir”x9d

92301

KXCP sədri Mirmahmud Mirəlioğlu Moderator.az-a açıqlamasında qarşıdan gələn parlament seçkiləri ilə bağlı gözləntilərini dilə gətirib:

“Seçki prosesinə start verilmədiyi üçün indidən bu seçkilərin nə dərəcədə obyektiv keçiriləcəyi ilə bağlı fikir bildirmək çətindir. Baxmayaraq ki, bəzi arqumentlər əsasında bu seçkilərin demokratikliyi ilə bağlı qabaqcadan da müəyyən proqnozlar səsləndirmək olar. Məsələ bundadır, ki, yaxın vaxtlarda seçkilərə start veriləcəyi gözlənilsə də, ölkədə seçki mühiti hiss olunmur. 1993-cü ildən bugünə qədər olan seçkilərin təcrübəsi də göstərir ki, hakimiyyət həttə ədalətli seçki keçirmək imkanına malik olduğu hallarda belə normal seçki keçirməyib. Azərbaycanda həm də belə bir ənənə var ki, kim ki, deputat mandatı alır, o, hər şeyin ədalətli və demokratik olduğunu iddia edir. Kim ki, deputat mandatı ala bilmir, o, seçkilərin ədalətsiz və anti-demokratik keçirildiyini bildirir. Lakin bir daha qeyd edirəm ki, seçki prosesinin gedişində mənzərə daha aydın olacaq və bu zaman seçkilərin nə dərəcədə demokratik keçirildiyi ilə bağlı daha dürüst və obyektiv fikirlər səsləndirmək mümkün olacaq”x9d.

 

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin