İqtisadçı millət vəkili Vahid Əhmədov Moderator.az - a açıqlamasında Milli Məclisin payız sessiyasında qaldıracağı məsələlərə aydınlıq gətirib:
"Payız sessiyasında cəmiyyəti daha çox narahat edən məsələləri qaldırmağa çalışacam. Bir sıra ölkələrdə milli valyutanın devalvasiyasının Azərbaycana mümkün təsiri, devalvasiyadan sonra əhalinin sosial vəziyyətindəki dəyişikliklər, spekulyativ qiymət artımlarına nəzarətin zəif olması, bank sistemində yaranmış vəziyyət, milyard yarıma yaxınlaşan problemli kreditlərin aqibəti və digər məsələlərə toxunmağa calışacam.”x9d
“Maliyyə naziri və Mərkəzi Bank rəhbərinin deputatlar qarşısında cəmiyyəti narahat edən bir çox suallara aydınlıq gətirməsi təklifini səsləndirməyəcəksiniz ki”x9d sualına cavabında V. Əhmədov bildirdi ki, onları Milli Məclisə dəvət etmək problem deyil, amma:
“Bizi onların gəlib deputatlar qarşısında nə dedikləri yox, işləri maraqlandırır ki, hansı antiböhran tədbiri görülür. Əsasən də maliyyə nazirindən daha çox Mərkəzi Bankın rəhbərindən gözləntilər çoxdur ki, onlar nəhayət, bank sistemində köklü islahatlara başlamağa hazırdırlar, ya yox. Mən çox istərdim ki, Mərkəzi Bank ölkənin bank sistemindəki bu xaosu aradan qaldırmaq üçün bir islahat paketi hazırlayaraq gecikmədəın həyata keçirsin, biz də bilək ki, konkret hansı müddətdən sonra ölkənin bank sistemində nəzərərçarpacaq irəliləyişlər olacaq, vətəndaş və ya sahibkar heç bir çətinlik çəkmədən gedib istədiyi krediti əlverişli şərtlərlə götürə biləcək”x9d.
Qeyd edək ki, millət vəkili saytımıza geniş müsahibə verib və sabah həmin müsahibənin birinci hissəsini oxuculara təqdim edəcəyik.


































































































