Perspektivli əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov “Microsoft”x9d şirkətinin vitse-prezidenti, dövlət sektoru ilə iş üzrə rəhbəri xanım Trudi Norris-Qreylə görüşüb.
Moderator.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, görüşdə Azərbaycanda “Microsoft”x9d şirkətinin mövcud əlaqələri və perspektivli əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Trudi Norris-Qrey ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi münasibətilə təbriklərini çatdıraraq “Microsoft”x9d şirkətinin Avropa Oyunlarının tərəfdaşlarından biri olduğu üçün məmnuniyyətini ifadə edib.
Nazir Əli Abbasov öz növbəsində “Microsoft”x9d şirkəti ilə mövcud olan əməkdaşlığın yüksək səviyyədə olduğunu, o cümlədən ilk Avropa Oyunları zamanı təqdim etdiyi qabaqcıl texnologiya və keyfiyyətli xidmətlərə görə təşəkkürünü bildirib.
Görüş çərçivəsində “Microsoft”x9d şirkəti ilə bulud texnologiyaları, kibertəhlükəsizlik, elektron hökumət sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib və Azərbaycanda Uptime İnstitutunun qiymətləndirməsinə görə TIER 3 səviyyəli Data Mərkəz vasitəsilə “Microsoft”x9d şirkətinin bulud texnologiyaları əsasında yeni xidmətlərin tətbiqi üzrə tədbirlərin görülməsinin nəzərdə tutulduğu qeyd edilib.
Sonda tərəflər cari ilin dekabr ayında Azərbaycanda keçiriləcək “BakuTel-2015”x9d sərgi-konfransında “Microsoft”x9d şirkətinin iştirakı məsələsini müzakirə ediblər.



































































































