Elçibəy hakimiyyət naminə ölmədi və öldürmədi - İsa Qəmbər

Hazırda oxunan: Elçibəy hakimiyyət naminə ölmədi və öldürmədi - İsa Qəmbər

91688
Bu gün milli-azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin vəfatının 15-ci ildönümüdür. Eıçibəyin yaxın silahdaşı, onun prezidentliyi dövründə parlament sədri vəzifəsini tutmuş İsa Qəmbər sosial şəbəkədəki səhifəsində Əbülfəz Eıçibəy haqqında status yazıb:

"Elçibəy hakimiyyət naminə ölmədi və öldürmədi.

Elçibəy xalq və azadlıq naminə yaşadı və öldü.

Elçibəyin hakimiyyətdən devrilməsindən 22 il, dünyasını dəyişməyindən 15 il keçdi.

Bu günə qədər də Elçibəyə əsas qınaq odur ki, niyə hakimiyyəti verdin? 

Yəni insanlar başa düşürlər ki, Elçibəyin hakimiyyətdə olması yaxşı idi və davam etməli idi".

Onu da qeyd edək ki, İ.Qəmbərin paylaşdığı bu şəkil mərhum prezidenti hava limanında şəkilmiş son şəklidir. Həmin vaxt o, Türkiyəyə müalicəyə gedirdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin