“Hərbi müxbirlər institutunun yaradılması normaldır”x9d

Hazırda oxunan: “Hərbi müxbirlər institutunun yaradılması normaldır”x9d

91585

Məlum olduğu kimi, bundan sonra Azərbaycanda cəbhəboyu zonaya ezam ediləcək jurnalistlər MTN-nin rəyi əsasında Müdafiə Nazirliyində akkreditə ediləcəklər. Akkreditə edilmiş jurnalistə qapalı tədbirlər istisna olmaqla, iclas, müşavirə və digər tədbirlər barədə əvvəlcədən məlumat verilir, onun stenoqramlarla, protokollarla və müvafiq sənədlərlə tanış olmaq üçün lazımi şərait yaradılacaq.

Hərbi hissə ərazisində fəaliyyətinə icazə verilən jurnalistə komandir  çəkilişlər zamanı hərbi sahədə dövlət sirri təşkil edən məlumatların, o cümlədən hərbi hissənin nömrəsi, təyinatı, dislokasiya yeri, hərbi texnikanın bort nömrəsi, dövlət qeydiyyat nişanları, sayı, müdafiənin ön xəttindəki səngərlər və qarşı tərəfin mövqeləri, məxfi xəritələr, ərazinin maketi, vəzifəli şəxslər haqqında fərdi məlumatların və digər həssas informasiyanın yayılmasının yolverilməzliyini KİV nümayəndələrinin diqqətinə çatdıracaq. Əgər hansısa KİV nümayəndəsi bu qaydaları pozarsa, o zaman onun xidməti ezamiyyətləri dayandırılacaq, akkreditəsi ləğv ediləcək.

Maraqlıdır, jurnalistlərin cəbhəboyu zonaya Müdafiə Nazirliyi ilə razılaşdırılılmış halda, yalnız akreditə edildikdən sonra buraxılması təmas xəttində baş verən olaylar və ordudakı insidentlərlə bağlı informasiya almaq imkanını məhdudlaşdıra bilərmi? Jurnalistlərin ön xəttə səfərini bu formada çərçivəyə almaq medianın informasiya toplamaq azadlığını məhdudlaşdırmırmı?

Moderator.az xəbər verir ki, məsələ ilə bağlı "Hürriyyət" qəztinə açıqlama verən  “Turan”x9d İnformasiya Agentliyinin rəhbəri, media eksperti Mehman Əliyev baş verənlər son qanun dəyişikliklərinə normal yanaşdığını, bu dəyişikliyi hərbi təhlükəsizlik baxımından məqəsədəuyğun hesab etdiyini vurğuladı. Ekspertin qənaətincə, söhbət ordudan, təmas xəttindən gedirsə, rəsmilərin bu məsələdə müəyyən həssaslığın nümayiş etdirməsi anlaşılandır:

“Ordu ordudur, hərbi hissə hərbi hissədir. Hərbi qanunvericiliyə və digər hüquqi qaydalara əsasən hər kəs bu hissə və ərazilərdə yalnız icazə əsasında işləyə bilər. Bura icazəsiz girib-çıxmaq mümkün olmamalıdır. Akreditasiya institutunun fəaliyyəti ilə bağlı təklif çoxdan gündəmə gətirilib. Bundan öncə də hərbi müxbirlər korpusunun yaradılmasının vacibliyi vurğulanmışdı. Təklif edilmişdi ki, KİV-dən müəyyən qrup jurnalistlər ayrılmalı, onlar bəzi maarifləndirmə prosesi və təlimlərdən sonra ordu ilə işləməyə buraxılmalıdır. Yəni onların yazdıqları yazılar həm jurnalistikanın prinsiplərinə söykənməli, həm də bu yazılar hərbi sirrin qorunması tələblərinə riayət olunmaqla hazırlanmalıdır. Yəni baş verən prosesləri zənnimcə, normal qəbul eləmək lazımdır. Akreditasiya institutunun fəaliyyəti də normaldır. Sadəcə, anlamadığım məsələ MTN-nin rəyinin bu məsələyə nə dərəcədə aiddiyati olub-olmaması məsəlsəidir. Çünki Müdafiə Nazirlyinin özünün bütün lazımi strukturları ”“ kəşfiyyatı və s. var. Əlbəttə, MTN onsuz da orduda işləyir. Bu, faktdır. Hesab edirəm ki, istənilən halda akreditasiya olumuş hərbi müxbirlər instiutunun olması vacibdir”x9d.

M.Əliyevin qənaətincə, qaydaların sərtləşdirilməsi və cəbhə bölgəsinə, hərbi hissələrə yalnız akreditasiya olunmuş jurnalsitlərin buraxılması iddia olunduğu kimi, informasiya qıtlığına gətirib çıxartmaycaq, əksinə bu sahədə vəziyyəti daha da yaxşılaşdıracaqdır:

“Akrediyasiya sistemi çərçivəsində müxbirlərin cəbhə bölgəsində fəaliyyəti informasiya məhdudiyyətinə gətirib çıxartmayacaq. Əksinə, bu, informasiya bolluğunu təmin edə bilər. Bu başqa məsələdir ki, orduda müəyən nöqsanlar da olur və bu nöqsanlar sızaraq geniş ictimaiyyətə, sosial şəbəkələrə yol tapa bilər. Bunun qabağını almaq kifayət qədər çətindir. Bu, artıq hərbi komandanlığın problemidir. Nöqsanlar olmamalı, baş verdiyi təqdirdə isə təcili şəkildə aradan qaldırılmalıdır. Amma bütövlükdə mövzu özü ciddi mövzudur və bu mövzuya xüsusi qaydada yanaşmaq lazımdır”x9d.

Vaxtiylə özünün də hərbi müxbir işlədiyini bildirən M.Əliyev müəyyən qaydalar çərçivəsində işləməyin normal yazılar yazmağa mane olmadığını vurğuladı:

“Mən özüm vaxtiylə hərbi müxbir işləmişəm. Müəyyən edilən qaydalara riayyət eləmişəm. Normal yazılar da yazmışam, hərbi hissələrə də normal şəkildə girib çıxırdım və s.

Üzərimə düşən məsuliyyəti hiss edir, bu məsuliyyətin tələblərini yerinə yetirir, bununla yanaşı jurnalist olaraq cəmiyyətə də lazımi informasiyanı çatdırırdım. Buna görə də, bu qaydaların jurnalistlərin cəmiyyəti lazımi informasiya ilə təmin etməsinə mane olacağını düşünmürəm”x9d.

 

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin