Azərbaycan Türkiyə “beşbarmaqları”x9dnı ölkəyə buraxmadı

Hazırda oxunan: Azərbaycan Türkiyə “beşbarmaqları”x9dnı ölkəyə buraxmadı

91551
İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı Yalçın  Muradov gömrük nəzarətindən keçərkən onun baqajı rentgen aparatı vasitəsilə yoxlanılmış və monitorda “beşbarmağ”x9da bənzər əşyaların təsvirləri görünüb.

Moderator.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, təkrar yoxlama zamanı  Y.Muradova məxsus çamadanın içərisindəki şəxsi əşyaların arasından 2 ədəd qara rəngli metaldan hazırlanmış “beşbarmaq”x9d aşkar olunaraq götürülüb.

İlkin araşdırma zamanı Y.Muradov izahatında bildirib ki, baqajından aşkar olunan “beşbarmaq”x9dları Türkiyədən suvenir kimi alıb və qadağan olunduğunu bilmədiyinə görə Azərbaycana gətirib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən həmin əşyalar kustar üsulla “beşbarmaq”x9d tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır və təyinatı üzrə istifadəyə yararlıdırlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin