Parlament seçkiləri yaxınlaşdırca müxalif siyasi düşərgədə zəif də olsa hərəkətlilik müşahidə edilməkdədir. Hələlik yalnız bəyanat səviyyəsində müşahidə edilən bu hərəkətliliyin yaxın gələcəkdə müəyyən siyasi blok və ittifaqların yaradılması ilə paralel müşahidə ediləcəyi istisna deyil. Belə ki, atıq indidən bəzi siyasilər siyasi blok yaratmaq istiqamətində danışıqlar apardıqlarını bəyan edib.
Maraqlıdır, xalqdan dəstək görməyən müxalifətin siyasi blok yaratmaq cəhdləri parlament seçkilərində uğur qazanmaq baxımından yetərli ola bilərmi? Həqiqətənmi, xalq tərəfindən dəstəklənməyən müxalifət yalnız siyasi bloklar hesabına müvəfəqqiyyət əldə edə bilər?
Moderator.az saytı və "Hürriyyət" qəzetinə açıqlama verən ADP sədrinin müavini Taliyət Əliyev i hesab edir ki, son 22 ildə Azərbaycanda normal seçki keçirilmədiyi üçün hansı partiyanın cəmiyyətdə hansı nüfuza malik olduğu bəlli deyil: “Seçkilərdə iştirak etmək hər bir vətəndaşın və siyasi partiyaların hüququdur. Ona görə də qarşıdan gələn parlament seçkilərində iştirak etməkdə qərarlı olan hər bir vətəndaşın və siyasi partiyaların qərarına sayğı ilə yanaşmaq lazımdır. O ki, qaldı “xalq tərəfindən dəstək görməyən partiyalar siyasi blok yaratmaqla seçkilərdə uğur qazana bilərmi”x9d sualına, bu barədə bu gün birmənalı cavab vermək mümkün deyil. Çünki təəssüflər olsun ki, 1993-cü ildən üzü bəri ölkədə azad, ədalətli və bərabər qaydada seçkilər keçirilmədiyindən hansı siyasi partiyanın cəmiyyətdə daha çox nüfuza malik olduğunu söyləmək çətindir və hər hansı bir siyasi partiyanı da cəmiyyət arasında nüfuzu olmamaqda günahlandırmaq ədalətsizlik olardı. Əgər ölkədə demokratik seçkilər keçirilsə, nüfuzu olmayan siyasi partiyalar da təbii şəkildə aradan çıxacaqlar”x9d.
T.Əliyevin qənaətincə, artıq elə bir vəziyyət yaranıb ki, hazırda əsas məsələ müxalifətin seçkilərdə qalib gəlməsi deyil, seçki prosedurunun qorunub saxlaılmasından gedir:
“Azərbaycan balaca ölkə olmasına baxmayaraq 60-ya yaxın siyasi partiya qeydiyyatdan keçib və bir o qədəri də qeydiyyatı yoxdur. Hamısı da özünü cəmiyyət arasında nüfuzlu partiya hesab edir. Heç kim də onların nüfuzunun olub-olmamasını müəyyən edə bilməz. Bu nüfuzun barometri azad, ədalətli bir sözlə demokratik prinsiplərlə keçirilən seçkilərdir. Təəssüflər olsun ki, o da bizdə yoxdur. Əslində mən qarşıdan gələn parlament seçkilərində iştirakda qərarlı olan insanları və siyasi qurumları alqışlayıram. Çünki seçkilər demokratiyanın proseduru kimi ölkədə artıq ortadan qalxma təhlükəsi ilə üz-üzədir. Bu təhlükəni önləmək üçün seçkilərdə iştirak edilməlidir. Fikir verirsinizsə, bu ilki parlament seçkiləri öncəsi ölkədə olan passiv əhval ruhiyyə heç zaman olmayıb. Cəmiyyətin böyük əksəriyyəti qarşıdan gələn parlament seçkilərindən xəbərsizdir. Faktiki olaraq parlament seçkiləri bələdiyyə seçkiləri kimi əhəmiyyətsiz bir seçkiyə çevirilir. Hakimiyyət də istəyir ki, bələdiyyə seçkiləri kimi parlament seçkilərini də elə keçirsin ki, cəmiyyətin bundan xəbəri olmasın. Siyasi partiyalar və ictimai-siyasi fəaliyyətlə məşğul olan vətəndaşlar isə seçkilərdə aktiv iştirak etməlidir ki, hakimiyyətin planları baş tutmasın. Yəqin ki, xatırlayırsız ötən illərdə hakimiyyət təmsilçilərindən kimsə seçkilərin əhəmiyyətsiz bir şey olduğunu, hər 5 ildən bir seçkilərin keçirilməsinə dövlət tərəfindən xərclənən pulların israfçılıq olduğunu qeyd etmişdi. Bu da təsadüfi deyildi. Zaman-zaman seçki məcəlləsinə edilən mürtəce dəyişikliklər ”“ seçki kampaniyasının müddətinin 120 gündən 60 günə endirilməsi, seçki təbliğatının dar bir çərçivədə həyata keçirilməsinin qanuniləşdirilməsi, təbliğat-təşviqat kampaniyası zamanı saatlarla ölçülən radio və televiziya çıxışlarının dəqiqələrə və saniyələrə endirilməsi və s. hakimiyyətin seçkilərin demokratik bir prosedur kimi ortadan qaldırmasına hesablanmış siyasətidir. Prezidentin iki dəfədən artıq seçilməsinə olan qadağanın aradan qaldırılması, sonrada isə bu faktoru presedent kimi Baş Prokurora, Ombudsmana tətbiq edilməsi də həmin siyasətə xidmət edir. Ona görə də bir daha qeyd etmək istəyirəm ki, bütün siyasi qüvvələr seçkilərdə iştirakda maraqlı olmalıdır. Bu gün söhbət artıq qələbədən getmir, seçkilərin demokratik prosedur kimi qorunub saxlanılmasından gedir. Əgər seçkilər demokratik bir prosedur kimi ortadan qalxarsa dövlətçiliyimiz üçün böyük təhlükə yarana bilər”x9d.
xa0
Seymur Əliyev
xa0
xa0



































































































