Şəkinin icra başçısından Bəxtiyar Vahabzadənin 90 illiyinə orijinal jest...

Hazırda oxunan: Şəkinin icra başçısından Bəxtiyar Vahabzadənin 90 illiyinə orijinal jest...

91077
Avqustun 16 - da anadan olmasının 90 illiyi münasibətilə Xalq şairi Bəxtiyar Vahabzadənin doğulduğu məkanda - Şəkidə heç bir dövlət tədbiri keçirilməməsi Şəki camaatını bərk pərt edib.xa0

Bunu Moderator.az - a açıqlamasında adlarının çəkilməsini istəməyən rayon sakinləri bildirib. Onların iddialarına görə avqustun 16 - da hamı Bəxtiyar Vahabzadənin adını daşıyan parka və büstünün önünə gələrək rəsmi dövlət tədbirinin keçiriləcəyinə şahidlik etmək istəsə də gördükləri mənzərədən şoka düşüblər. Onlar büstün qarşısında yalnız şairin yarım əsrlik dostu və həmkarı, 91 yaşlı professor Şirməmməd Hüseynovu görüblər.xa0

Şirməmməd Hüseynov və bir çox şəhər sakini şairin büstü qarşısına gül dəstələri qoyub, ruhuna dualar ediblər. Bundan sonra onlar Xalq şairinin anadan olduğu və hal - hazırda uşaq bağçası kimi fəaliyyət göstərən evdə olublar. Bununla da Bəxtiyar Vahabzadə kimi azman söz sənətkarının 90 yaşını qeyd ediblər. Amma bu tədbirlərin heç birində nə Bakıdan rəsmi qonaq, yaxud şairin dostları, həmkarları gözə dəyməyib, nə də icra başçısını görən olmayıb.xa0
Görünür, Bəxtiyarla bağlı Şirməmməd müəllimin Moderator.az - a verdiyi müsahibə icra başçısının xoşuna gəlməyib. Elə isə hörmətli Elxan Usubov müsahibənin sonuncu bölümündə özüylə bağlı professorun fikirlərini də xa0oxuya bilər...
Xatırladaq ki, bir neçə gün öncə Moderator.az -ın əməkdaşı Bəxtiyar Vahabzadənin həyat yoldaşı və qızı ilə Şəkidə görüşən zaman bəlli olmuşdu ki, xalq şairinin 90 illik yubileyinə həsr olunmuş tədbirlərin növbəti aylarda, yəni havalar sərinləyəndən sonra keçirilməsi nəzərdə tutulub. Odur ki, dövlət səviyyəsində 16 avqustun sükut günü kimi qeyd olunmasını bəlkə də anlamaq olar. Amma icra başçısı səviyyəsində bu cür biganəlik şəkililərin kefinə soğan doğrayıb...xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin