Gəncə DYP rəisinin dəm qazı sevgisi və “özüyeriyən mina”x9dlar...

Hazırda oxunan: Gəncə DYP rəisinin dəm qazı sevgisi və “özüyeriyən mina”x9dlar...

90250
Gəncədəki mənbələrimizdən Moderator.az - a daxil olan məlumata görə avqust ayının "Təmiz hava" ayı elan olunmasına baxmayaraq Gəncədə bu kampaniyaya məhəl qoyan yoxdur. 

Daha doğrusu, Gəncə Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Rəhim Zalov şəhərin ekoloji durumunu ağırlaşdıran avtomobil sahiblərinə gözün üstə qaşın var deməyə ürək eləmir. Ən acınacaqlısı isə odur ki, Gəncə yol polisi şəxsi minik avtomobilləri bir yana, hələ də sərnişindaşımada istifadə olunan və qaz balonları ilə işləyən "Qazel"lərlə bağlı da reyd keçirmək istəmir. Səbəbsə aydındır, çünki sərnişin oturucaqlarının altına yerləşdirilmiş bu ölümsaçan qaz balonları quraşdırılmış "özüyeriyən mina"ların sahibləri dəm qazının acısına gözlərini yumduqlarına görə yol polislərinin bığının altından keçirlər... 
İddialara görə hətta elə "Qazel"lər var ki, 3 ildir texniki baxışdan keçmir, amma necə deyərlər, kəndxudanı gördüklərinə görə kəndin, daha doğrusu, şəhərin ortasından o baş - bu başa şütüyürlər. 

Xatırladaq ki, "Təmiz hava" aylığı çərçivəsində Baş Dövlət Yol Polisi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşları rayon və şəhərlərdə reyd keçirirlər. Reyd vaxtı normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin sahibləri müvafiq qaydada cərimələnir. Rəsmi açıqlamalarda deyilir ki, reydlərin keçirilməsində məqsəd atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi və təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsidir. Reyd zamanı avtomobillərdən ixrac edilən dəm qazı xüsusi qurğu ilə yoxlandıqdan sonra sahibləri haqqında müvafiq qaydada qərar qəbul edilir.

"Təmiz hava aylığı”x9d çərçivəsində keçirilən reydlərin avqustun sonuna qədər davam edəcəyi bildirilir. Ümid edirik ki, Gəncə DYP bu xoşməramlı kampaniyaya gec də olsa töhfə verəcək və şəhərəin ekoloji durumuna zərbə vuran, sərnişinlərin sağlamlığına təhlükə yaradan bu cür avtomobillərin istismardan çıxarılması istiqamətində kosmetik deyil, ciddi addımlar atacaqlar. 

Mövzunu diqqətdə saxlayacağıq və Gəncədə qaz balonları ilə işləyən sonuncu "Qazel" sərnişin daşıyanadək yol polisinin kefinə soğan doğramaqda davam edəcəyik...  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin