Elxan Şahinoğlu: “Azərbaycan hökuməti beynəlxalq layihələrin təhlükəsizliyi təmin edilməsi üçün terrorla mübarizəyə dəstək verməlidir”x9d
Xəbər verdiyimiz kimi, İŞİD terror təşkilatı Türkiyəni təhdid edən bəyanat verib. Bəyanatda deyilir ki, əgər Türkiyə intihar hücumlarımızın hədəfi olmaq istəmirsə, təcili olaraq bu savaşdan əl çəkməlidir. Terror təşkilatı bəyanatında ABŞ-ın belə Ankaranı xilas edə bilməyəcəyini söyləyib: “Sabah İŞİD sizə hücum edəndə, qəflətən bomba partladanda, oturub ağlamayın. Bunu siz istəyirsiniz. Ey Türkiyə xalqı, başınızdakılar sizi xaçpərəst ABŞ-a kölə etdirib, savaşa aparır”x9d.
İŞİD bəyanatında Türkiyənin hökumət rəhbərlərini də hədəfə alıb: “Davudoğlu xaçpərəstlərin yanında dayanıb müsəlman qanı tökür. Allahın ordusuyla savaşan heç bir qövm uğur əldə edə bilməyib. Ərdoğan bizə hücum edərək, sonunu tezləşdirir”x9d.
Bu bəyanat Türkiyə, eləcə də dünya mətbuatında müzakirə mövzusuna çevrilib. Qardaş ölkəni təhdid edən terror təhlükəsi Azərbaycan cəmiyyətində də narahatlıqla qarşılanıb. Bəs, görəsən Türkiyəyə qədər əlləri uzanan İŞİD terror qruplaşmasını Azərbaycan üçün də real təhlükə saymaq olarmı? Belə bəyanatlardan biri də yaxın zamanlarda ölkəmiz üçün verilə bilərmi? Bütün bunlardan əlavə regionda dünyanın ən iri dövlətlərinin belə dəf edə bilmədiyi terror təhlükəsinin olması Azərbaycanın siyasi, iqtisdi, enerji maraqları üçün nə dərəcədə təhlükə vəd edir?
“Yeni Müsavat”x9dın suallarını cavablandıran politoloq Elxan Şahinoğlu bildirdi ki, Türkiyəyə qarşı olan istənilən təhdid Azərbaycanı da narahat edir: “Ona görə ki, Türkiyə Azərbaycanın strateji müttəfiqidir. İkincisi, Azərbaycan Qərblə neft sahəsində sıx əməkdaşlıq edir. Bu da beynəlxalq terror qruplaşmalarının, eləcə də İŞİD-in xoşuna gəlmir. Digər əsas amil ondan ibarətdir ki, İŞİD sıralarında xeyli Azərbaycan vətəndaşı da var və onlar antiterror qruplaşamaları ilə mübarizədə çox böyük təcrübə qazanıblar, aralarında “ölüm rəhbərləri”x9d də var. Bu da Azərbacyan üçün real təhlükə yaradır. Elə ölkədə elə insanlar var ki, İŞİD-in apardığı bu mübarizəyə simpatiya ilə yanaşır. Bütün bu amilləri ortaya qoyduqda, üstəgəl İŞİD terrorçularının ara sıra verdiyi bəyanatlarda enerji resurslarını hədəfə alacağını bəyan etməsi ondan xəbər verir ki, Azərbaycan üçün də bu təhlükə var. Konkret misallara müraciət etsək, Bakı-Ərzurum qaz xəttinəd törədilən partlayışı buna bir nümaunə ola bilər. Düzdür bunun İŞİD deyil, PKK terrorçuları etdi. Ancaq İŞİD-dən də bu cür əməlləri gözləmək olar. Digər tərəfdən Bakı-Ceyhan neft boru xətti də Türkiyə ordusunun PKK ilə mübarizə apardığı ərazilərdə yer alıb. Əslində, təkcə İŞİD deyil, PKK ilə gedən mübarizənin də Azərbaycana aidiyyatı var. Çünki, PKK-nın Bakı-Tiflis-Ərzurum boru xəttini partlatmaqla əslində Azərbaycana da savaş açmış oldu və çox təəssüf ki, İŞİD-ə qoşulan Azərbaycan vətəndaşları ilə yanaşı, PKK-ya qoşulan vətəndaşlarımız da var. Bütün bunları nəzərə alaraq enerji yataqları və boru xətlərinin qorunması məsələsi aktuallaşır. Azərbaycan bu məsələlərdə ABŞ, Türkiyə və NATO ilə sıx əməkdaşlıq etməlidir”x9d.
Politoloq onu da qeyd etdi ki, terrorla mübarizəyə Azərbaycan hökuməti də dəstək verməlidir: “Azərbaycan rəsmilərinin bəyanatları olmuşdu ki, bu məsələdə Türkiyəni dəstəkləyirik. İkinci bir tərəfdən kəşfiyyatla bağlı informasiya mübadiləsi genişlənməlidir. Bu da Azərbaycan üçün çox vacibdir ki, terrorçuların planları haqqında Azərbaycanın müvafiq orqanlarının da məlumatları olmalıdır. Çünki, hazırda baş verən hadisələr Azərbaycandan çox da uzaqda deyil. PKK və İŞİD-lə mübarizənin getdiyi bölgə bizə də çox yaxındır və həmin terrorçu qruplaşmaların tərkibində xeyli azərbaycanlılar var ki, könüllü olaraq qoşulublar. Bu səbəbdən kəşfiyyat məlumatlarının intensivləşməsinə ehtiyac var ki, Azərbaycan da proseslərdən xəbərdar olsun. İŞİD-lə mübarizəni tək Türkiyə deyil, ABŞ da aparır və bu ölkə bölgədə ən çox kəşfiyyat məlumatlarına malik olan ölkədir. NATO rəhbərliyi də bəyan edib ki, enerji xətlərinin qorunması məsələsində Azərbaycanla hər an əməkdaşlığa hazırdır. Azərbaycan enerji yataqlarında Qərb şirkətləri ilə işləyir. Qərb şirkətləri və Türkiyə ilə birgə boru xətləri inşa edir və enerji resursları dünya bazarına çıxarılır. Bu səbəbdən Azərbaycanın həmin ölkələrlə terror təhlükəsizliyi məsələlərində əməkdaşlıq etməsinə ehtiyac var”x9d.
Azərbaycanın regional enerji layihələrinin terror təhlükəsi altında olduğunu vurğulayan politoloq qonşu ölkələrdə baş verənlərin ölkəmiz üçün də ciddi təhdid olduğunu bildirdi: “Bizim insanlara elə gələ bilər ki, bütün bunlar Azərbaycandan kənarda baş verir. Azərbaycanın 3 boru xətti həmin ərazilərdən keçir. Artıq onlardan ikisində problemlər yaranıb. Bakı-Subsanı artıq Rusiyanın silahlı qüvvələri Cənubi Asetiya üzərindən bir hissəsini ələ keçiriblər. İkincisi, Bakı-Tiflisi-Ərzurumda partlayış baş verib. Bu özü Azərbaycan üçün böyük təhdiddir. Terror hücumlarından heç bir ölkə sığortalanmayıb. Ona görə də hər an hər şeyə hazır olmaq lazımdır, bütün təhlükəsizlik tədbirləri görülməlidir. Çünki, İŞİD elə təşkilatdır ki, ondan hər an hər şey gözləmək olar. Azərbaycanda da meşələrdə terrorçu qruplaşmalar meydana çıxmışdı ki, onlarla toqquşmalar oldu, tələfat oldu, daha sonra məscidlərdən birində partlayış həyata keçirildi. Artıq Azərbaycanda terror təhlükəsi müəyyən mənada baş verib. Təhlükəni artıran daha bir məqam odur ki, İŞİD-çilər sırasında Azərbaycan vətəndaşların sayı çoxdur, ölkəmizdə onlara simpatiyası iolan kifayət qədər insan var. Onların gələcək fəaliyyətlərindən də heç kim sığortalanmayıb. Yaxın ölkələrdə baş verənlərin Azərbaycanda da inikası olacağı ehtimalı var. Bu baxımdan terrorla mübarizə sahəsində əməkdaşlığı gücləndirməliyik.
Yaxın zamanlarda Azərbaycanın çox böyük regional layihələri işə düşəcək. TAP və TANAP boru xətlərinin inmşasına başlanacaq, Bakı-Tiflisi Qars dəmiryolu xətti gələn il işə düşməlidir. Bu dərmiryol xəttinin təhlükəsizliyini də düşünmək lazımdır. Çünki, Bakı-Tiflis-Ərzurum xətti harada partladıldı, məhz Qars istiqamətində. Bakı-Tiflisi Qars dəmiryolu xətti də Qarsdan keçəcək. Bu baxımdan bu cür beynəlxalq layihələrin təhlükəsizliyi təmin edilməli, beynəlxalq tərəfdaşlarla informasiya mübadiləsi genişləndirilməlidir”x9d.































































































