Hansı məmurlara “qırmızı kart”x9d veriləcək?

Hazırda oxunan: Hansı məmurlara “qırmızı kart”x9d veriləcək?

89370

Nazirlər təlaşda: “kadr əməliyyatının”x9d sirri; Prezident nazirlərə reputasiyası korlanmış, adları rüşvət və korrupsiya və digər qalmaqallarda hallanan adamlarını “təmizləməyi”x9d tapşırıb; həm Fazil Məmmədov, həm də Ziya Məmmədov ən yaxın adamlarını işdən çıxarırlar; amma bu proses əks nəticə də verə bilər...

Son günlər iki nazirlikdə başlamış kadr dəyişiklikləri ölkə gündəminin əsas müzakirə mövzularından birinə çevrilib. Prezident İlham Əliyevin son üç ayda nazirlərin iştirakı ilə keçirdiyi müşavirələrdə bir neçə dəfə hakimiyyət komandasındakı ayrı-ayrı məmurların özbaşınalığından, dövlət əmlakının mənimsənilməsindən sərt danışması narazılığın daha çox olduğu sahə nazirlərini ciddi narahat edib.


Xəbərlərə görə, qısa müddətli məzuniyyət götürməzdən öncə dövlət başçısı bəzi nazirlərə son xəbərdarlıq edib. Onlara işlərində dönüş yaratmaq, məsul olduqları sahələrdə büdcə vəsaitlərinin az qala hər manatına cavabdehlik və xalqı hakimiyyətdən incik salmamaq tapşırığı verilib.xa0

Mənbəmiz iddia edib ki, nazirlər ən qısa müddətdə reputasiyası korlanmış, adları rüşvət, korrupsiya və digər qalmaqallarda hallanan adamlarını “təmizləməlidirlər”x9d. “Bu, nazirlərə ”x9dqırmızı" kart veriləcəyi, yəni vəzifədən qovulacaqları ilə bağlı son xəbərdarlıq hesab oluna bilər" - deyə, qaynağımız deyib.

Beləliklə, son üç gündə həm Vergilər, həm də Nəqliyyat nazirliklərində başlamış “təmizləmə əməliyyatı”x9dnın əsl səbəbinin prezidentin xəbərdarlığı ilə bağlı olduğu üzə çıxır.
Məlumdur ki, iyul müşavirəsində ən sərt tənqidə məruz qalan Vergilər Nazirliyi oldu.

Prezident xa0“Vergilər Nazirliyi Bakıda və rayonlarda haqq qoyur, pay istəyir, ”x9dkrışalıq"xa0edirlər. Bu, dözülməz haldır, buna son qoyulmalıdır" - xa0deyərək sahibkarlara şəxsən ona müraciət etmələrini istəmişdi. Təsadüfi deyil ki, Fazil Məmmədov məhz prezidentin tənqid etdiyi Vergilər Nazirliyinin ərazi vergilər departamentlərində və idarələrində kadr dəyişikliyi aparıb. Nazirin əmri ilə Bakı Vergilər Departamentinin bəzi rəhbər vəzifəli şəxsləri və 6 saylı Ərazi Vergilər İdarəsinin rəisi tutduqları vəzifələrdən azad edilərək sərəncama göndərilib.

Vergilər naziri müavinlərini nazirlik idarələrə göndərərək sahibkarlıq subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələrin yolverilməzliyinin, vətəndaş müraciətlərinin mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq hərtərəfli araşdırılmasının, vergi orqanı əməkdaşlarının etik-davranış məsələlərinin xüsusi diqqətdə saxlanılmasını tapşırıb. Nöqsanlara yol vermiş vergi xidməti orqanı əməkdaşları barədə ciddi tədbirlər görüləcəyi bir daha vergi orqanı əməkdaşlarının nəzərinə çatdırılıb.xa0


Məlumatlara görə, xüsusilə Bakı Vergilər Departamentində vəzifədən çıxarılanlar uzun illərdir ki, nazirin ən yaxın adamları kimi tanınanlardır və F.Məmmədovun iradəsindən kənar heç bir qanunsuz iş görə bilməzdilər. Nazirlikdəki bir mənbə deyib ki, F.Məmmədov “öz adamlarını”x9d qurban verməklə kadr dəyişikliklərində səmimi olduğunu və buraxılan səhvlərdən nəticə çıxardığını sübut etmək üçün bu addımı atıb. Amma bu məcburi dəyişikliyin F.Məmmədov üçün çox təhlükəli olduğu da deyilir. Çünki yaxın vaxtlarda sərəncama göndərilənlər yeni vəzifə təyinatı almasalar, nazir haqda kompromatları mediaya ötürə bilərlər. Hər halda, F.Məmmədov indilikdə yalnız özünü düşünür və xilas olmaq üçün ən yaxın adamlarını belə qurban verməyə hazır görünür.


Nəqliyyat naziri Ziya Məmmədov da rəhbərlik etdiyi Nəqliyyat Nazirliyində “qılıncını siyirib”x9d. Avqust ayının 3-də nazirlikdə baş tutan iclasdan sonra qurumda dəyişikliklərə start verilib. İclasda Avropa Oyunları ərəfəsində şəhərdaxili sərnişindaşımada qeydə alınan bir çox qüsurlar müzakirə olunub. Əsasən sərnişin avtobuslarının iştirakı ilə qeydə alınan qəzalar müzakirə olunub. Müzakirədən sonra Nəqliyyat Nazirliyinin bir çox vəzifəli işçiləri buraxdıqları qüsurlara görə işdən çıxarılıb. Nazirliyin tərkibində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Hüseyn Salamov və 8 nəfər əməkdaş işdən qovulublar.xa0

Qeyd edək ki, həmin görüşdə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis vəzifəsinə Elnur Abdullayev təyin olunub. İclasda sərnişindaşımada mövcud problemlər müzakirə olunub və işin keyfiyyətini yüksəltmək üçün lazımi qərarlar qəbul olunub. İşdən çıxarılanlar arasında Ziya Məmmədovun qardaşı Loğman Məmmədovun oğlu, “Atletlər kəndi”x9dndəki qəzaya görə istintaqa cəlb edilən Rövşən Məmmədovun olduğu deyilsə də, hələ ki bu xəbər rəsmi təsdiqini tapmayıb. Maraqlıdır ki, həmin müşavirədə Z.Məmmədovun iştirak etmədiyi iddia olunur.xa0
Əldə etdiyimiz başqa bir bilgiyə görə, Hüseyn Salamov Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə xa02014-cü ilin yanvarında təyin edilib. Çingiz Baxışev vəzifədən azad edilərək nəqliyyat nazirinin müşaviri təyin edildikdən sonra H.Salamov onun yerini tutub. Bu təyinata qədər o, nazirliyin beynəlxalq əlaqələr şöbəsində müdir müavini postunda çalışıb.xa0


Hüseyn Salamov da Z.Məmmədova yaxın kadrlardan sayılırdı və onu kollektivə şəxsən nazirin özü təqdim etmişdi. Amma Avropa Oyunlarında H.Salamovun məsul olduğu sahədə ciddi nöqsanlar aşkarlandı, “Atletlər kəndi”x9dndə baş verən qəza isə nəinki onu, hətta naziri də ciddi qınağa gətirdi. Z.Məmmədov hələ də bu qəzanın hesabını verə bilməyib və belə görünür ki, o da özünü sığortalamaq üçün ən yaxın kadrlarından bir neçəsini xa0işdən çıxarmaq zorunda qalıb.xa0

Nazirliklərdəki iş prinsiplərindən xəbərdar olanların bildirdiyinə görə, bu kimi sərt qərarlar bütün strukturların işinə təsir edir,xa0“vurulmuş”x9dxa0kadrların digər məsul vəzifədəki adamları nazirə qarşı müqavimət göstərmək üçün birləşirlər, hətta işi sabotaj belə edirlər. Bu baxımdan Nəqliyyat Nazirliyi kimixa0“xalqla işləyən”x9dxa0bir mürəkkəb strukturlarda başlamış kadr dəyişiklikləri Ziya Məmmədovun xeyrinə deyil.xa0

Qeyd edək ki, xa0“Yeni Müsavat”x9d bir müddət öncə avqustun 5-dən sonra kadr dəyişikliyi ilə bağlı qərarlara start veriləcəyini xəbər vermişdi. Məlumatlarda deyilirdi ki, iqtidar komandası yenidən formalaşdırılacaq, hətta könüllü getmək istəməyən iri korrupsiyaçılar həbs ediləcək. İddia var ki, hakimiyyət məmur-oliqarxların vurulması, səlahiyyətsizləşdirilmək üçün kadr islahatlarını rayonların icra başçılarından başlamaq niyyətindədir.(musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin