Görəsən Türkiyəni terror təhdidi ilə dalana dirəmək istəyən əsas baiskarlar kimlərdir? Amerika və Rusiya bunu nədən istəsin? NATO nədən öz üzvünə qarşı hücumlara adekvat cavab verməyə tələsmir? Türkiyəni qarışdırmaq istəyən qüvvələr Azərbaycanda da süni gərginlik yaradaraq rəsmi Bakını Moskvanın qucağına itələyə bilərlərmi?
Təhlükəszilik üzrə tanınmış ekspert İlham İsmayıl Moderator.az - a açıqlamasında NATO - nun Türkiyəyə dəstək məsələsində ləng tərpənməsində rəsmi Ankaranın günahkar olduğunu bildirib:
"Türkiyənin son 20 illik tarixinə nəzər salanda görərik ki, terror hadisələri bu ölkənin daim gündəmində olub. Terror xa0əsasən PKK və yandaşları tərəfindən törədilib. Kürd millətçilərinin bu radikal, terrorçu təşkilatı milli hüquqlarının tələbi pərdəsi altında Qərbin müəyyən dəstəyini ala bilib, Türkiyəyə təzyiq vasitəsi kimi böyük dövlətlər tərəfindən xa0məxfi dəstək görüblər. PKK kifayət qədər təşkilatlandığından, şaxələndiyindən, artıq qarşısını ala bilməkdə çətinlik çəkirlər. NATO - nun ləng tərpənməsinin səbəblərindən biri bölgədə təhlükəsizlik məqsədləri ilə aparılan hərbi əməliyyatlara Türkiyənin zamanında NATO - ya lazımi köməkdən imtina etməsi, zərərli islam təəssübkeşliyi xətti tutması olub. NATO Türkiyəni qoruyacaq, amma indiki iqtidar da bilməlidir ki, başının üstünü qara buludlar alanda Türkiyəyə hansısa islam ölkəsi yardım edəsi deyil, onun əsas dayağı məhz elə NATO - dur. Azərbaycanda gərginliyi Rusiya yaradır, NATO yox. Ona görə də bu günkü siyasi xətdən də məlumdur ki, xüsusi gərginlik olmadan da Azərbaycan de - fakto Rusiyanın təsiri altındadır və ya Siz deyən kimi Rusiyanın qucağına düşüb və onu heç kim ora itələməyib. Hər iki ölkənin apardığı siyasətin nəticəsidir."xa0


































































































