Moderator.az saytında keçmiş spiker Rəsul Quliyevin “Ya əvvəlki başqanla çayxanalarda çay içməyə getməli, ya da...”x9d başlıqlı yazını oxuduqdan sonra indi üzvü olmasam da 23 il sıralarında fəaliyyət göstərdiyim bir partiya haqqında bu qədər yanlış məlumatlarla dolu, oxucunu çaşdıracaq müsahibə məndə təəssüf hissi oyatdı.
Bu müsahibədə hörmətli müəllifin məqsəd və məramı aydındır. Keçən yüzillikdən bu günə qədər ölkənin ictimai - siyası həyatındakı bütün neqativ halların baş verməsində Müsavatı günahlandırmaq. Müstəqilliyin süqutu, Ə. Elçibəyin, AXC zəifləyib parçalanması, H. Əliyevin hakimiyyətə gəlməsi yaxın tariximizdə baş vermiş hadisələrdir. Nəinki faktlar, hətta o proseslərin iştirakçıları və şahidləri müəllifin fikirlərinin tam əksini söyləyir. Bunlardır “absolyut”x9d həqiqət və tarixi fakt. XX yüzillikdə Azərbaycanın istiqlal davasının bayraqdarı olan Müsavat Partiyasının 1918 - 1920 - ci illərdə müstəqilliyimizin möhkəmlənməsi istiqamətində gördüyü işlər həm keyfiyyət, həm də kəmiyyət baxımından ölçüyəgəlməzdir. Yaradılan bütün hökümət kabinələrində, təhsil və iqtisadi, siyasi sahədə aparılan islahatlarda Müsavatçılar ciddi rol oynamış, üzərlərinə götürdükləri vəzifələri vicdanla, məsuliyyətlə yerinə yetirmişlər. Bolşeviklərin Bakını işğal etmələri də Müsavatın adı ilə bağlanılır. Əslində isə Müsavat Partiyası 1920 - ci il aprelin 27 - də ölkədəki siyasi durumu düzgün qiymətləndirərək nə yerli bolşeviklərin, nə Bakıdakı türk zabitlərinin, nə də XI ordunun aldadıcı planlarına inanmış və gizli fəaliyyətə keçmişdir. Təkcə partiyanın lideri Məhəmməd Əmin Rəsulzadənin aprelin 27-də Azərbaycan Parlamentinin son iclasındakı çıxışı o dövrdə baş verən hadisələrlə, bolşeviklərlə bağlı Müsavat Partiyasının mövqeyini net bir şəkildə ortaya qoyur. Eyni zamanda müsahibədə qaldırılan digər məsələlər də heç bir fakta söykənmir. Haqlı bir sual ortaya çıxır : “90 - cı illərdən bəri müsbət və ya əks mənada baş verən hadisələrdə heçmi hörmətli Rəsul müəllimin rolu olmamışdır?”x9d Əgər bir vətəndaş kimi verdiyim bu suala müəllif tərəfindən tarixi faktlara söykənmiş bir cavab verilsə mən və digər oxucular məmnun olar və müəllifin səmimiyyətinə inanardıq. Azərbaycan hakimiyyətində məsul vəzifələrdə olmuş, böyük bir siyası yol keçmiş, necə deyərlər, siyasətin hər “üzünü”x9d görmüş hörmətli Rəsul Quliyevdən həmin dövrlə bağlı: “Müsavat Partiyası 2003 - cü il prezident seçkilərində xalqı aldadıb meydana çağıran, özü isə evdə gizlənən partiyadır, bu da həqiqətdir”x9d kimi sıradan bir fikir söyləməsi bir vətəndaş kimi məndə təəccüb doğurur. Müsahibədə yalnız bir fikirlə: “Müsavat Partiyasının keçən il azad seçkilər keçirib yeni rəhbərlik müəyyənləşdirmək şansı var idi”x9d tam razıyam. Amma şans itirildi. Bu həm də Müsavat üçün qarşıdan gələn Parlament və 2018 - ci il Prezident seçkilərində yeni, daha gənc, dinamik komanda ilə iştirak etmək şansının itirilməsi idi.
Məlahət Mürşüdlü,
ADR Hərəkatı, Demokratik Təsisatlarla iş üzrə müavin
































































































