Azərbaycan hərbi gəmiləri Rusiyaya keçdi

Hazırda oxunan: Azərbaycan hərbi gəmiləri Rusiyaya keçdi

88049
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri “Xəzər Dənizi-2015”x9d beynəlxalq dəniz biatlonunda iştirak etmək üçün Rusiyanın Mahaçqala limanına gedib.

Moderator.az xəbər verir ki, bu barədə “AzeriDefence”x9d Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Məlumatda bildirilir ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinə məxsus iki ədəd 205 layihəli gözətçi gəmisi və yedək gəmisi iyulun 28-də Mahaçqala limanına daxil olub.

Azərbaycan dənizçilərini Rusiyanın Xəzər flotiliyasının kiçik “Qrad Sviyajsk”x9d və “Uqliç”x9d kiçik raket gəmiləri qarşılayıb.


“Qrad Sviyajsk" kiçik raket gəmisi

Azərbaycanın Hərbi-Dəniz Qüvvələrinin gəmiləri avqustun 3-dən 15-dək Rusiyada olacaqlar.

Qarşılanma mərasimindın sona sonra üç Xəzəryanı ölkədən (Rusiya, Qazaxıstan və Azərbaycan) biatlona qatılan şəxsi heyət dəniz poliqonlarına "Dağıstan" raket gəmisindəşturman yürüşünə çıxıblar.


"Dağıstan" raket gəmisi

Müsabiqənin başlanğıcına qədər ekipajlara dəniz akvatoriyasının şəraitinin öyrənilməsi və döyüş tapşırıqlarının icrası ilə bağlı detalların hazırlanması, yarışların keçirildiyi rayona müstəqil çıxmaq imkanı veriləcək.

“Xəzər Dənizi-2015”x9d biatlonuna Rusiya, Azərbaycan və Qazaxıstanla yanaşı Çinin dəniz piyadaçıları da qatılacaq. 

Azərbaycanın Rusiyadakı hərbi attaşesi, polkovnik Rac Babayev bildirib ki, Azərbaycan bu il ilk dəfə olaraq Rusiyada keçirilən beynəlxalq hərbi idman oyunlarında iştirak edir.

Hərbi idman oyunlarının yalnız bir elementinə “Xəzər Dənizi-2015”x9d biatlonuna qatılan Azərbaycan hərbçiləri burada öz gəmiləri ilə iştirak edəcəklər.

Hərbi attaşenin sözlərinə görə, oyunların açılışına Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov da qatılacaq.


Azərbaycan Hərbi Dəniz Qüvvələri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin