“Zakir Həsənovun Azərbaycanın müdafiə naziri təyin edilməsi çox düzgün və dəyərli bir seçimdir”x9d.
Bu barədə mətbuata açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov deyib. Onun sözlərinə görə, bəzi qüvvələr Zakir Həsənovun xidmətlərini görməməzlikdən gəlib, ona qarşı qarayaxma kampaniyası aparırlar: Bu kampaniyanı aparanların başında fəaliyyətlərində yol verdikləri nöqsanlara görə işdən çıxarılan generallar durur”¦ Zakir Həsənova, ordumuz və nazirliyə qarşı qaralama kampaniyası aparanların sırasında çox güman ki, həmin generalların rolu yüksəkdir. Ola bisin ki, bütün bu qarayaxma kampaniyasının arxasında bir vaxtlar müdafiə naziri olan Səfər Əbiyevin də barmağı olsun”x9d.
Komitə sədrinin fikirlərinə münasibət bildirən S.Əbiyevə yaxın mənbə və eyni zamanda müəyyən səbəblərə görə adının çəkilməsini istəməyən ehtiyatda olan generallardan biri AİM.az-a açıqlamasında E.Behbudovun dediklərini tamamilə uydurma adlandırıb:
“Bu ifadələrin heç bir əsası yoxdur. Ümumiyyətlə, fikirlər, münasibətlər və ya davranışlar fakta söykənməlidir. Komitə sədrinin söylədiklərində isə heç bir faktdan söhbət getmir. Bu, informasiya təxribatından və sabiq nazirə, eyni zamanda ehtiyatda olan bəzi yüksək rütbəli zabitlərə qarşı qara-piar kampaniyasından başqa bir şey deyil. Görünür, komitə sədri böhtan xarakterli işlərə yol verib, ara qatmağa və ya suyu bulandırmağa çalışır. Çünki fakt odur ki, hazırda Z.Həsənov məlum posta təyin oldunduqdan sonra onun fəaliyyətinin tənqid olunmasına dair ölkə mətbuatında heç bir yazı dərc olunmayıb.Ona qarşı qara piar kampaniyasından isə söhbət gedə bilməz. E.Behbudov deyəsən, nədən danışdığının fərqində deyil. Belə bir məqalə varsa, E.Behbudov fakt olaraq həmin yazını və onu yazanı tapıb, ortaya çıxartsın. Cəmiyyətə sübut etsin ki, bu yazını filan sayt və ya qəzet yazıb və həmin media qurumunun sabiq müdafiə naziri ilə əlaqəsi var. Bunu isbat etmək lazımdır.
Baxın, söz yığını hələ fakt demək deyil. Ortada dəlil olmalıdır. Yoxsa, ictimiyyətə dezinformasiyalar və ya təxribat xaraktleri məlumatlar ötürüb, kimisə ləkələmək kişiliyə yaraşan cəhət deyil. Bu, kimlərinsə sifarişilə məqsədli şəkildə planlaşdırılmış qüsurlu yanaşmadır. Faktlar yoxdursa, komitə sədrinin dedikləri havaya atılan kurşun kimi bir şeydir. Yəni heç bir mənası və əsası yoxdur. İstənilən halda onun açıqlamasına göz gəzdirən peşəkar oxucu E.Behbudovun fikirlərinin həqiqəti əks etdirmədiyini, hansısa şəxsi maraqlara hesablandığını duyacaq. Çünki yazdıqları utopiyadır. Onun açıqlamasının fakta deyil, qərəzə söykəndiyi aydınca müşahidə olunur. Görünür, E.Behbudov kimlərinsə xoşuna gəlmək istəyir və bunun üçün başqa yollar tapa bilmir. Bu səbəbdən də iftira xaraktli metodu seçmək məcburiyyətində qalıb. Belə dezinformasiyalarla “hörmət”x9d qazanmaq olmaz. Ayıbdır!”x9d
Mütəmadi olaraq ölkə mətbuatını izlədiyini deyən mənbə sonda bir daha bəyan edib ki, Z.Həsənova qarşı qarayaxma xarakterli yazıya, ümumiyyətlə, heç vaxt rast gəlməyib:
“Əslində E.Behbudov düşünmür ki, bu cür dezinformasiyalar yaymaqla həm öz nüfüzuna xələl gətirir, həm də düşmən dəyirmanına su töküb, işə salır. Onun addımı separatçı Ermənistanın dilinə söz, dizinə təpər verməkdir. Komitə sədri anlamalıdır ki, Səfər Əbiyev o posta ulu öndər Heydər Əliyevin və hazırkı dövlət başçısı möhtərəm İlham Əliyevin sərəncamı ilə təyin olunub. S.Əbiyev uzun müddət bu ölkənin müdafiə naziri olub. Sonra da cənab przeidentin müvafiq sərəncamı ilə şəxsən dövlət başçısının adından təşəkkür elan olunmaqla tutduğu vəzifədən azad edilib. Hazırda təqaüddədir və bu gün də cənab prezidentin yeritdiyi siyasi kursa sədaqətlidir. Üstəgəl, Z.Həsənova qarşı sabiq nazir heç bir addım atmır axı. Yaxud niyə atmalıdır! O da bu ölkənin inkişafına və tərəqqisnə çalışıb. Bu ölkəyə xidmət göstərib. Məxsusi olaraq ordumuzun güclənməsi istiqamətində əməyi var. Həmişə ordumuzun daha da inkişaf etməsini, qüdrətlənməsini istəyib. Ona görə də E.Bebudovun cəmiyyətə yalan üfürməsi çox utancvericidir. Əlində fakta varsa, çıxart göstər. Yoxsa oturub yuxu yozmaqla cəmiyyətdə başqaları haqqında mənfi rəy formalaşdırma. Şər, böhtan xarakterli addımlardan çəkin. Bu, insanın imicinə ciddi xələl gətirən haldır”x9d.
Bu cür informasiya təxribatlarını dəyərləndirən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Elman Məmmədov AİM.az-a açıqlamasında söyləyib ki, belə məlumatların yazılmasında və yayılmasında diqqətli olmaq lazımdır:
“Nə olsun ki, Azərbaycanda senzura yoxdur. Müharibə şəraitində olan dövrdə belə məsələlərə yol vermək olmaz. Bu yaxınlarda cənab prezident İlham Əliyev bu işlərə xüsusi diqqət çəkdi. Müəyyən xəbərdarlıqlar etdi və təlimat xarakterli məsələlərə aydınlıq gətirdi. Müdafiə Nazirliyi, müdafiə sənayesi, cəbhədə olan vəziyyət və hərbi əməliyyatlar haqqında hər şeyi yazmaq düzgün deyil. Kim nə istəyir yazmasın. Buna məhdudiyyət qoyulsun”x9d.
Hazırkı müdaifə naziri Z.Həsənovun da fəaliyyətinə diqqət çəkən müsahibimiz söyləyib ki, indiki halda ona qarşı təxribat xarakterli yazılara rast gəlinmir:
“Çünki Azərbaycan ordusu yüksək döyüş hazılığına malikdir. Nizam-intizam yüksəkdir. Əsgərin bütün qayğıları hər an diqqət mərkəzindədir. Hesab edirəm ki, Z.Həsənov vəzifəsinin öhdəsindən ləyaqətlə gəlir. Əgər hərbi əməliyyatlarlar başlayarsa, dediklərim öz təsdiqini tapacaq”x9d.
Təxribat xarakterli informasiyalara gəlincə, millət vəkili söyləyib ki, bu, ya ölkə daxilində olan qrupların, ya da xaricdə gələn sifarişdır:
“Birmənalı olaraq deyirəm ki, hansı sahədə olursa olsun, ona dözmək olar. Amma müharibə şəraitində olan Azərbayan ordusu və rəhbərliyi haqqında kiminsə təxribat xarakterli informasiya yayması dözülməzdir. Bu cür insanlara qarşı qanun çərçivəsində tədbirlər görmək lazımdır.”x9d































































































