“Kürd açılımı”x9d kürdləri cızığından çıxarıb”x9d

Hazırda oxunan: “Kürd açılımı”x9d kürdləri cızığından çıxarıb”x9d

86816

Politoloq Qabil Hüseynli Moderator.az-a açıqlamasında Türkiyədə baş verən son terror olayı fonunda yaşanan gərginliklər və bu gərginliyin pərdəarxası məqamlarına aydınlıq gətirib:

“Türkiyədə baş verən son terror hadisəsindən sonra ölkə ərazisində məskunlaşan kürdlər hökumətə, güc orqanlarına qarşı ittihamlar irəli sürür, onları bu işə ortaq olmaqda, onun qarşısını almamaqda suçlayırlar. Ümumiyyətlə, proseslərin təhlili göstərir ki, “kürd açılımı”x9d kürdlərin cızığından çıxmasına səbəb olub. İş o yerə çatıb ki, parlamentdə kifayət qədər yer alan kürdlər yalnız terror təşkilatınn deyil, dövlətin də silahı yerə qoymasının gərəkdiyini bildirir və iddia edirlər ki, silah hər iki tərəfdən yerə qoyulmalıdır.

Göründüyü kimi, terror təşkilatı özünü dövlətə tərəf hesab edir və onu silahı yerə qoymağa çağırır. Bütün bunlar bir daha göstərir ki, terror təşkilatı və onun havadarları getdikcə həyasızlaşmaqdadır və onlarla bağlı ciddi tədbirlər görülməyəcəyi təqdirdə vəziyyət daha da ağırlaşa bilər”x9d.

 

Seymur Əliyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin