Azərbaycanda parlament seçkiləri yaxınlaşsa da, bu amil ictimai-siyasi atmosferdə demək olar ki, hiss edilmir. İstər siyasi partiyalar, istərsə də ictimaiyyət daha çox öz gündəlik qayğıları ilə məşğul olmaqda, sanki yaxınlaşmaqda olan seçki prosesini məqsədli şəkildə görməzdən gəlməkdədir.
Maraqlıdır,
parlament seçkiləri öncəsi müşahidə edilən mövcud süstlük və ədalətliliyin səbəbi
nədir? Doğrudanmı, artıq bu seçkilər siyasi partiyalar, eləcə də cəmiyyət üçün
heç bir anlam ifadə etmir? Seçkilərin şəffaf və demokratik ortamda keçiriləcəyinə
inam necə, mövcuddurmu?
Bununla
bağlı Moderator.az-a açıqlama verən Müsavat Partiyası Divanının üzvü Vəfa
Cümşüdlü maraqlı fikirlıər səsləndirib:
“Təəssüflər
olsun ki, seçkilərə az bir müddət qalsa da ölkədə seçki abu-havası hiss
olunmur. Həm hakimiyyətin özü bunda maraqlı deyil, həm də cəmiyyətdə bu prosesə
maraq azdır. Çünki insanları düşdükləri problemlərdən çıxış yolları
maraqlandırır. Ancaq unutmaq olmaz ki, hər bir problemin həlli vətəndaşın ölkədə
baş verən proseslərdə aktivliyindən və onun özünün bu proseslərdə birbaşa
iştirakından keçir.
İndiki
vəziyyətdə süstlük olsa da, seçkilərə start verilən gündən aktivliyin olacağına
əminəm. Seçkilərin şəffaf və demokratik keçirilməsini təmin etməyin yollarından
biri də seçkilərə qoşulmaq, seçki prosesində aktivlik nümayiş etdirməkdir və bu
səbəbdən də biz istənilən halda mübarizəmizi davam etdirəcəyik”x9d.
Seymur
Əliyev


































































































