Moderator.az tanınmış hüquqşünas Aslan İsmayılovun AZAL-ın inhisarçılığı barədə növbəti statusunu oxuculara təqdim edir:
"Hər dəfə Facebook səhifəmdə ”ª”ŽAZAL”¬-dakı korrupsiya, inhisarçılıq faktları, vətəndaşlarımıza etdikləri zülmdən yazanda AZAL rəsmiləri narahat olur, növbəti bəyanatı yayır və bununla da özlərini daha da pis vəziyyətə salırlar. Bu bir daha ondan xəbər verir ki, əgər ictimai təpki olarsa ölkədə az da olsa qayda qanun yaratmaq olar.
Bu dəfə Trend agentliyinə bildirirlər ki, Azərbaycan Hava Yolları QSC (AZAL) bazarda artan tələbatı nəzərə alaraq, tərəfdaşları ilə birgə 2016-cı ildən dünyanın daha çox tələbat duyulan kurortlarına büdcəyə uyğun turların təşkilinə başlamaq qərarına gəlib. Bu reysləri müvafiq xidmət səviyyəsi ilə birlikdə tam ekonom-sinfin olduğu təyyarələrdə həyata keçirmək planlaşdırılır. Sual olunur niyə bu günə qədər ekonom-siniflər yox idi? Əhalinin əksəriyyətinin narazılığına, zülm çəkib Tiflisdən uçmasına, Gürcüstan büdcəsinə xeyir vermələrinə baxmayaraq bu reyslər 2016-cı ildən təşkil olunacaq və ona qədər korrupsiya pulları büdcəyə yox ayrı-ayrı oliqarxların ciblərinə axacaq?! Yoxsa bu da vətəndaşları aldatmaq üçün “”ª”ŽWİZZAir”¬-in bu yaxınlarda uçuşları bərpa ediləcək”x9d yalanın bir növüdür?!
Daha sonra qeyd edilir: ”x9dTbilisi aeroportu vasitəsilə dünyanın daha populyar kurortlarına təklif edilən turpaketlərin aşağı qiymətinə gəlincə, turizm şirkətləri müştərilərə daha aşağı sinif hotellər (3 və daha az ulduzlu) təklif edirlər”x9d. Sual olunur, turpaketlərin təyyarə biletlərinə olan qiymətlərə nə aidiyyatı var? Bu manipulyasiya ilə özlərini ağıllımı sayırlar?
Müsahibədə sonra deyilir: “Statistika göstərir ki, AZAL-ın tərəfdaş turoperatorlarının müştəriləri 4 ulduzlu (25 faiz) və 5 ulduzlu (təqribən 80 faiz) hotellərdə qalmağa üstünlük verirlər. Bununla əlaqədar olaraq nisbətən yüksək qiymət formalaşdırılır”x9d. Bu sitat isə onu göstərir ki, AZAL rəsmilərinin başı pula qarışdığından sadə riyaziyyatı da yaddan çıxarıblar. Belə olmasa, yaydıqları bəyanata fikir verib görərdilər ki, uçan 100% sərnişinin 25%-i 4 ulduzlu, 80%-i isə 5 ulduzlu hotel (azərbaycan dilində mehmanxana deyilir. A.İ.) istəyəndə toplam 100% yox, 105% alınır, bu da mümkün deyil. Hələ 3 ulduzlu mehmanxana seçənləri saymıram. Yəqin AZAL məmurları və yaxın çevrəsi ancaq 4-5 ulduzlu mehmanxana seçirlər. Onda yenə sual yaranır, bəs 5 ulduzlu mehmanxanalarda istirahət edə bilməyən (əhalinin 90 faizi) vətəndaşlar Tiflisdən uçmayıb nə etməlidirlər? Hansı səbəbdən vətəndaşlarımıza AZAL-dan başqa hava yollarından, xüsusilə büdcəli aviaşirkətlərdən (lowcost) istifadə etmə qadağan edilib? Bunun adı İNHİSAR deyil, bəs nədir?
Bu sualları artırmaq da olar. Keçən bəyanata cavabımdan sonra mətbuat katibi vəzifədən qovuldu. Bu dəfə də kiminsə çörəyinə bais olmaq istəmirəm. AZAL rəsmilərinə Saakaşvilinin Ukrayna Hava Yolları rəhbərliyi ilə apardığı danışıqlara bir daha baxmalarını məsləhət görərdim.
P.S. Əziz Vətəndaşlar, öz haqqınıza biganə olmayın, özü də TƏK AZAL-DA YOX, BÜTÜN SAHƏLƏRDƏ gördüyünüz hər bir korrupsiya, qanunsuzluq halına etirazınızı bildirin!"



































































































