“Rus ayısının oynadığı min oyunun başındakı armud budur”x9d

Hazırda oxunan: “Rus ayısının oynadığı min oyunun başındakı armud budur”x9d

84115
Son günlər cəbhədə atəşkəsin ermənilər təfəindən davamlı pozulması və Azərbaycan müdafiə nazirinin müharibə ritorikası cəmiyyətdə ikinci Qarabağ savaşının yaxında olduğu təəssüratı yarıdıb və hətta bir çoxları "ildırımsürətli müharibə"nin olacağı ehtimalını əsaslandırmağa çalışırlar.

Moderator.az birinci Qarabağ savaşının iştirakçısı, o vaxtkı hərbi hissələrdən birinin qərargah rəisi olmuş polkovnik-leytenant Nazim Bayramın fikirlərini öyrənib:

"Söhbət Qarabağın azad edilməsi üçün “ildrımsürətli müharibə"dən gedirsə, adından bəlli olduğu kimi bu müharibə çox qısa zamanda öz hədəflərinə çatdırılmalıdır. İldrımsürətli müharibənin nəticələri dünyanı və region ölkələrini artıq baş vermiş fakt qarşısında qoyur və onların müharibənin gedişinə təsirini ciddi sürətdə məhdudlaşdırır, hətta istisna edir. Müharibədən sonra isə qalib Azərbaycan xalqının birliyinə və ruhuna heç kəs təsir edə bilməz. 
Ancaq ildrımsürətli müharibənin hədəfi bir neçə ətraf rayonu azad etməkdirsə, onda əmin ola bilərik ki, necə olursa olsun, Rusiya öz sülhməramlılarını keçmiş Dağlıq Qarabağ Vilayətinin sərhədi boyu yerləşdirəcək. Rus ayısının oynadığı min oyunun başındakı armud budur."

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin