Şərəf mücadiləsi

Hazırda oxunan: Şərəf mücadiləsi

83504

Bu gün dünyamız az qala qaynar qazanı xatırladır!.. Hər yanda böyük və çox təhlükəli oyunlar, hara baxırsan qanlı-qadalı münaqişələr, çəkişmələr, vuruşmalar... Diqqət yetirin: son iki gündə bas vermis dəhşətli terror aktları, suni surətdə qızışdırılan SUNNİ-SIYƏ antoqonizmi, İŞİD-in Böyük Qafqazda vəhhabi “imarəti”x9d yaratmaq iddiası, Ukraynadakı gərgin, mürəkkəb və sonu görünməyən silahlı konflikt, Suriyadakı qeyri-insani və ölüm qoxuyan qeyri-müəyyənlik, Iranin 6- liq olkələrilə coxraundlu danışıqlarnın son mərhələsi, Yunanıstanın Avropa Birliyindən (Putinlə Yunanıstan bas naziri Alexis Tsiprasin Avropani parçalamaq planları) çıxmaq təhlükəsi... və daha nələr,nələr... Bir sözlə, Dünyanın başı üzərində qorxunc Demokl qılıncı asılıb və bu, hər yanda start götürmüş SOYUQ ( və qeyri-soyuq) MÜHARİBƏlərdə artıq özünü təzahür etdirir. Düşünürəm ki, siyasi və hərbi kataklizmlər ərəfəsində,istər-istəməz bu sayaq hadisələrin episentirinə düşən Azərbaycan kimi ölkələr həddən ziyadə diqqətli və müdrik olmalıdırlar. Artiq heç kəsə sirr deyil ki, Azərbaycanın mövcud hakilmiyyəti Putin oyunu oynamaq, məhz Putinin oyunçusu olmaq seçimi edib.Təbii ki, bu səhv olmaqla yanaşı, strateji yanlış və zərərli bir seçimdir. Azerbaycan faktiki olaraq öz Dövlət müstəqilliyini itirmək təhlükəsi ilə übəsurətdir. Nə qədər absurd görünsə də, təəssüflər ki, bu, acı bir reallıqdır!.. Şübhəsiz ki, diktatura meyilli avtoritar hakimiyyət Rusiyanın qanadı altına sığınmaqla ölkənin mənafeyi və taleyini böyük risk altına qoymuş olurlar; Azərbaycan rəsmilərinin Qərbin əleyhine səsləndirdiyi son bəyanatlar və Avropaya qarşı sərgilənən ritorik təpkilər bunu deməyə əsas verir. Hər şey ondan xəbər verir ki, hakimiyyət öz xalqı qarşısında itirdiyi etimadını bərpa etmək üçün, 1-ci Avropa oyunlarından sonra 2- ci Qarabag muharibəsi başlamaq niyyətindədir. İlk baxışda absurd səslənsə də, bu, belədir ki, var!.. Arada yənə də kasıbın övladı qırılacaq. Arada yenə də günahsız insanlar bu hakimiyyətin bitib-tükənməyən boş ambisiyalarının qurbanına çevriləcək, şəhidlər,göz yaşları,puç olmuş insan taleyləri...Və bütün bunlar yenə də mövcud rejimin öz “analoqsuz”x9d siyasi hakimiyyətini uzatmaq xatirinə baş verəcək!.. Belə olmasaydı, bizim “şərəfli”x9d iqtidarımız 20 il ərzində ancaq imitasiya xarakterli danışıqlar aparıb xalqı aldatmazdı! Belə olmasaydı, bizim “ləyaqətli”x9d hakimiyyətimiz öz xalqını dilənçi vəziyyətinə salmazdı!.. Görünən və bu gün artıq FAKTa çevirilən budur ki, YAP hakimiyyətinin işğal altında inləyən əzəli torpaqlarımızı azad etmək niyyəti heç yerli-dibli olmayıb. Əks-təqdirdə, 20 faiz torpağı təcavüzə məruz qalmış hansı bir olkə 8 milyard dollar xərcləyib ( oxu: küləyə buraxıb) mənasız-məzmunsuz birinci (ve sonuncu!) Avropa oyunlarını kecirərdi?! Bu bizim haramıza və hansı günümüzə yaraşır,axı?! Digər çoxsaylı problemlərlə yanaşı, Əliyev hakimiyyətinin milli məsələlərlə baglı siyasəti də anlaşılmaz, eləcə də bərbad vəziyyətdədir. Anlamaq lazımdır ki, hər-hansı ölkədə milli ”“etnik məsələlərə barmaqarası baxmaq, bunu görməzdən gəlmək,məcburi assimilyasiya siyasəti yürütmək, milli azlıqların ana dilində oxuyub-yazmağına süni əngəllər yaratmaq, “əz, qorxut,parçala - hökm elə”x9d prinsipi və s. bu kimi Sovetdən qalma taktiki gedişlər bir başa facilərə aparan yoldur. Bu mənim qənaətimdir və mən buna özüm qədər əminəm: Bu gün mütərəqqi fikirli hər kəs Demokratik Qüvvələrin Milli Surası ətrafında sıx birləsməlidir. Və bu gün bunun alternativi yoxdur. Birləşməliyik ki, (hətta hər an gözlənən 2- ci Qarabag müharibəsinin başlanıb-başlanmamasından asılı olmayaraq), oz xalqına zülm edən movcud hakimiyyəti tarixin arxivinə göndərə bilək! Bizlər məhz bu halda dünyada baş verən qlobal təhlükələrdən xilas ola bilərik. Sadəcə, bu şərəfli mübarizədə bütün şərəfli insanlar bir yerdə olmalıdırlar!

 

Seyran Rafiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin