Şimşək çaxacaq,yağış yağacaq- Hava proqnozu

Hazırda oxunan: Şimşək çaxacaq,yağış yağacaq- Hava proqnozu

82358
İyunun 21-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Moderator.az -a verilən xəbərə görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
 
Havanın temperaturu gecə 20-24, gündüz 28-33 dərəcə isti olacaq.
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-25 dərəcə isti olacaq.
 
Sabah bölgələrdə hava şəraitinin əsasən yağmursuz, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 19-24, gündüz 34-38, dağlıq və dağətəyi rayonlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin