AMİP sədri Alper Coşkuna başsağlığı verib

Hazırda oxunan: AMİP sədri Alper Coşkuna başsağlığı verib

82296
Azərbaycan Milli İstiqlal Partiyası Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab İsmail Alper Coşkuna başsağlığı ünvanlayıb. 

Moderator.az -ın məlumatına görə, başsağlığında deyilir: 

"Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti, sayın Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar Sizə və Sizin şəxsinizdə qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı veririk. Türk dünyasının böyük siyasətçisi və ictimai-siyasi  xadimi Süleyman Dəmirəlin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında və möhkəmlənməsində müstəsna xidmətləri olmuşdur. Onun əziz xatirəsi daim yaddaşımızda qalacaqdır! 
Süleyman Dəmirələ Allahdan rəhmət, yaxınlarına və Türk Millətinə baş sağlığı diləyirik!
Başsağlığı diləklərimizi Dəmirəl ailəsinə və onun yaxınlarına çatdırmanızı Sizdən rica edirik.”x9d

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin