İlham Əliyev Hikkiyə orden verdi

Hazırda oxunan: İlham Əliyev Hikkiyə orden verdi

81889
Ölkə prezidenti İlham Əliyev Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini qəbul edib. 

ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Respublikasının gənclər və idman naziri və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında söyləyib.

O bildirib ki, I Avropa Oyunları AOK rəhbərinin nəzarəti altında keçirilir. Nazir Patrik Hikkinin bu gün 70 yaşı olduğunu söyləyib: “Prezidentimiz Patriki Hikkini “Şərəf”x9d ordeni ilə təltif edib. Mən də öz adımdan və xalqımız adından onu təbrik edirəm”x9d. 

Nazir bu gün səhiyyə sahəsində işləyənklərin də bayramı olduğunu xatırladıb: “Səhiyyə işçiləri çox böyük işlər görürlər və bir çox insanların həyatını xilas ediblər. Mən onlara dərin minnətdarlığımı bildirirəm”x9d.

Azad Rəhimov Azərbaycan yığması haqqında da danışıb: Hazırda 19 medalla siyahıda 2-ci yerdəyik. Oyunlar çox gərgin mübarizə şəraitində keçir. Oyunalara böyük diqqət hiss olunur. Tribunalarda hətta yerdə yoxdur və bütün biletlər satılıb”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin